Bütün xəbərlər
Məhəbbət Vəliyeva: "Son zəng" tədbirləri yalnız məktəb daxilində keçirilməlidir”
Tarix: 12-06-2018 12:21 | Bölmə: Manşet

                      

“İyunun 14-də bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi cəlb olunmur. M.Vəliyeva vurğulayıb ki, şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edilir: "Builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək".
İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: "27 min nəfərdən çox isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək".


Baxış sayı: 399


Bölməyə aid digər xəbərlər