Bütün xəbərlər
NATO baş katibi Rusiyanın nüvə təlimlərini təhlükəli çağırış hesab edir
Tarix: 09-05-2024 11:44 | Bölmə: Siyasət

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya nüvə qüvvələrinin qarşıdakı təlimlərini “ehtiyatsız və təhlükəli çağırış” adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, NATO baş katibinin sözlərinə görə, “Rusiyanın əvvəldən belə ritorikası olub”. "Prezident Putin çıxışında nüvə silahının potensial istifadəsini də xatırladıb. Bu, məsuliyyətsiz mövqedir", - Stoltenberq bildirib.
O əlavə edib ki, NATO Rusiyanın mövqeyində Şimali Atlantika Alyansını mövqeyini dəyişməyə məcbur edəcək hər hansı dəyişiklik görmür.
"Moskva nüvə münaqişəsinin dağıdıcı nəticələrindən xəbərdardır", - NATO-nun baş katibi İtaliyanın "Repubblica" qəzetinə deyib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Baş Qərargahın Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərə hazırlığa başladığı barədə məlumat vermişdi. Aviasiya və dəniz qüvvələri də iştirak edəcək. Hərbçilər qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsini təcrübədən keçirməyi planlaşdırır. Müdafiə Nazirliyi təlimləri təxribat xarakterli bəyanatlara və təhdidlərə cavab adlandırıb.



Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər