20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Reper-xarici agent Oxxxymiron Rusiyada axtarışa verilib
Tarix: 09-05-2024 15:25 | Bölmə: Karusel

Rusiya Daxili İşlər Nazirliyi xarici agent, Oxxxymiron təxəllüsü ilə çıxış edən reper Miron Fedorovu axtarışa verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasına əsasən, musiqiçi Oxxxymiron axtarışa verilib. Qeyd olunur ki, axtarışa əsas kimi Rusiya Federasiyası Cinayət Məcəlləsinin hansı maddəsi göstərilmir.
Xatırlatmaq istərdik ki, daha əvvəl Sankt-Peterburq məhkəməsi “Oxxxymiron” trekinin Rusiyada yayılmasına qadağa qoyub, çünki mahnının sözləri ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərə çağırır.



Baxış sayı: 429


Bölməyə aid digər xəbərlər