Bütün xəbərlər
İsrail Prezidenti: "Dünyada bir çox insan Qırmızı Ordunun əsgərlərinə borcludur"
Tarix: 09-05-2024 18:47 | Bölmə: Manşet

İsrail prezidenti İsaak Hersoq 9 May Qələbə Günü münasibətilə veteranlarla danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Qırmızı Ordunun və müttəfiq orduların faşist Almaniyası üzərində qələbəsini “sözün bütün mənalarında xeyirin şər üzərində qələbəsi” adlandırıb.
Mərasim Latrundakı İkinci Dünya Müharibəsi Yəhudi Əsgəri Muzeyində baş tutub. Hersoq "Qırmızı Ordunun və müttəfiq orduların sıralarında" döyüşən veteran əsgərlərə "böyük təşəkkürünü" bildirib.
Döyüş meydanlarında bəşəriyyət tarixində tayı-bərabəri olmayan bir şücaət göstərdiniz, - Hersoq deyib.
O xatırladıb ki, ən azı bir milyon yarım yəhudi İkinci Dünya Müharibəsi cəbhələrində, o cümlədən Qırmızı Orduda vuruşub.
İsrail prezidenti bildirib ki, bir çox israillilər və bütün dünyada insanlar nasizmi məğlub edən və bütün bəşəriyyəti dəhşətli fəlakətdən xilas edən əsgərlərə böyük borcludurlar.
İsraildə 2017-ci ildən bəri 9 May qanunvericilik səviyyəsində rəsmi bayram, Qələbə Günüdür.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər