22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Lukaşenko Qələbə Paradına ağ tüklü Umkanı özü ilə aparıb
Tarix: 09-05-2024 11:39 | Bölmə: Karusel

Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə Paradına ağ Şpitsini özü ilə aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Qırmızı Meydanda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə hərbi parad keçirilir.
Lukaşenko Qələbə Paradının fəxri qonaqlarından biri olub. Onun yanında iti Spits Umka da var. O, tribunada ipsizdir. Belarusun ümummilli liderinin nümayəndə heyəti itin əvvəllər Paradlarda iştirak etdiyini bildirib.
Mayın 9-da paytaxtın mərkəzində Lukaşenkodan başqa Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Prezident İlham Əliyev də iştirak edir. Özbəkistanın prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Respublikasının Prezidenti Sisoku Embalo, Laos lideri Thongloun Sisoulit və Kuba Prezidenti Migel Diaz-Kanel Bermudes da ordadır.
Xatırladaq ki, bir gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2024-cü il Paradında 9 mindən çox insanın, 70-dən çox texnikanın, həmçinin “Rus cəngavərləri” və “Svifts” akrobatika komandalarının iştirak edəcəyini bildirmişdi.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər