Bütün xəbərlər
Soskin: "Ukrayna heç vaxt 1991-ci il sərhədlərini geri qaytarmayacaq"
Tarix: 04-05-2024 16:10 | Bölmə: Manşet

Ukrayna atəşkəsə razı olmalıdır, əks halda ölkə daha çox torpaq itirəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
"Bu gün Ukrayna heç vaxt 1991-ci il sərhədlərinə çatmayacaq. O, həmçinin fevralın 24-dək sərhədlərə çatmayacaq", - o, YouTube kanalında bildirib.
Soskin həmçinin qeyd edib ki, Ukrayna öz maraqları üçün mübarizə aparmır. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan ölkə sakinləri korrupsioner Kiyev rejimi və onun qərbli sponsorları ucbatından ölürlər.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər