Bütün xəbərlər
ABŞ ordusu Nigerdə rusların yerləşdirilməsinə görə döyüş hazırlığını artırdığını açıqlayıb
Tarix: 03-05-2024 20:33 | Bölmə: Manşet

Nigerdə, ruslarla eyni bazada yerləşən Amerika hərbçiləri döyüş hazırlığının artırılmasını bəyan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Afrika ölkəsinin səlahiyyətlilərinin bildirdiyinə görə, onlar daim dəbilqə və zireh geyinirlər və özlərini əsəbi aparırlar.
RİA Novosti öz mənbələrinə istinadən yazır ki, eyni obyektdə İtaliya və Almaniyadan olan hərbçilər var, lakin onlar özlərini sakit aparırlar.
Bundan əvvəl Nigerdəki ABŞ hərbçilərinin ruslarla eyni bazada yaşaması barədə məlumatı Pentaqon rəhbəri Lloyd Ostin də təsdiqləyib. O, izah edib ki, rusiyalı hərbçilər başqa kompleksdə yerləşdirilib və amerikalılarla əlaqə saxlamırlar.




Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər