Bütün xəbərlər
Azərbaycan əsilli siyasətçi İsveçin ən güclü qadınları sırasında - FOTO
Tarix: 06-07-2019 10:53 | Bölmə: Cəmiyyət


İsveç parlamentinin Azərbaycan əsilli siyasətçisi, deputat Aylin Fazelian İsveçin ən güclü qadınları arasında yer alıb. Bu barədə Modern.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. 
Aylin Fazelian bu ada “Qlobal” Utmaninq Araşdırma Mərkəzi tərəfindən layiq görülüb. 
Mərkəzin rəhbəri “Microsoft” şirkətinin qurucusu Bill Qeytsin həyat yoldaşı Melinda Qeytsdir. Siyahıda İsveçdən bir neçə qadın siyasətçi yer alıb. Onlardan biri də Aylin Fazeliandır. Mərkəz yayımladığı “Gələcəkdə qadınların hakimiyyətə təsiri” adlı kitabda Aylin Fazelianın qadınlar haqqındakı fikirlərinə də yer ayırıb. 
Qeyd edək ki, bu il Aylin Fazelian “İsveç Sosial Demokrat Partiyası”nın Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilib. 27 yaşlı siyasətçi 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 2018-ci ildə isə İsveç parlamentinin deputatı seçilib.



Baxış sayı: 952


Bölməyə aid digər xəbərlər