Bütün xəbərlər
STOLÜSTÜ TENNİS ÜZRƏ ŞƏHƏR BİRİNCİLİYİNƏ YEKUN VURULDU
Tarix: 29-05-2019 18:29 | Bölmə: Cəmiyyət

27-28 may 2019-cu il tarixlərində dənizkənarı bulvarda Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş stolüstü tennis üzrə 2007-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.
 Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qızlar arasında Arzu Aslanova (şəxsi), Aylin Əsgərova, Zeynəb Süleymanova (qoşa) və Fatimə Cəfərova (qoşa-qarışıq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Oğlanlar arasında keçirilən yarışda isə Hüseyn Eylazov (şəxsi), Toğrul Məmmədov, Hüseyn Eylazov (qoşa) və Hüseyn Eylazov (qoşa-qarışıq) birinci yerə layiq görülmüşlər.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, medal və hədiyyələri ilə təltif olumuşlar.
Günel Məmmədli
Sabaha-inamla.Az




Baxış sayı: 675


Bölməyə aid digər xəbərlər