Bütün xəbərlər
Sumqayıtlı aktyor fəxri ad aldı -TƏBRİK EDİRİK!
Tarix: 25-05-2019 21:21 | Bölmə: Cəmiyyət

Bu gün nəhayət ki, Sumqayıt şəhər sakini, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Nadir Xasiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə "əməkdar artist fəxri adına layiq görülüb. 
Xasiyev Nadir Şənbə oğlu 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir.
1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb.
N.Xasiyev bu yaxınlarda Prezident mükafatına layiq görülüb.
Sabaha-inamla.Az saytının kollektivi başda Namiq Məmmədli olmaqla Nadir müəllimi səmimi qəlbdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayırlar! Nadir müəllim o gün olsun ki, "xalq artisti" fəxri adını alasınız, onun  da sevincini yaşayasınız. Özünüzün dediyiniz kimi bu sizin haqqınızdır!
Namiq MƏMMƏDLİ



Baxış sayı: 816


Bölməyə aid digər xəbərlər