Bütün xəbərlər
“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu
Tarix: 12-01-2020 18:46 | Bölmə: Cəmiyyət


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Siyəzən rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin ilk mərhələsi Siyəzən Gənclər Mərkəzində icra olundu.
Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov çıxış edərək iştirakçıları salamlamış, layihənin əhəmiyyətindən, tarix boyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən danışmış, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. N. Məmmədov qeyd etdi ki, bu gün ölkənin müdafiəsi müasir texnologiyalar əsasında durmadan inkişaf edir ona görə də Qafqazın ən güclü ordusu hesab edilən  Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir. 
Layihə rəhbəri Əli Miriyev çıxışında layihənin AzərbaycanGənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, məqsədin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaqdır. Bildirildi ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü iləbaşlanan"Xocalıya ədalət" kampaniyasıdır.
                 Daha sonra layihə təlimatçısı tərəfindən erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilmiş, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxlaq təşkilatların elektron ünvanlarıiştirakçılara çatdırılmış və maarifləndirici bukletlər paylanılmışdır.
                 Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Sabaha-inamla.Az







Baxış sayı: 654


Bölməyə aid digər xəbərlər