21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Azərbaycanın strateji dəyərini yüksəldən şəxsiyyət
Tarix: 26-12-2021 22:52 | Bölmə: Siyasət
Dünyanın kiçik və ya böyük olmasından asılı olmayaraq, bütün dövlətlər müəyyən strateji dəyərə sahibdirlər. Hətta hansısa dövlətin strateji dəyəri yoxdursa və ya zəifdirsə, onu yaratmağa və inkişaf etdirməyə səy göstərirlər. Strateji dəyəri kifayət qədər yüksək olan dövlətlər isə onu qoruyub saxlamaq və daha da gücləndirmək üçün səylərini əsirgəmirlər.
ABŞ, Çin, Rusiya, Böyük Britaniya kimi böyük dövlətlər də, Lixtenşteyn və Lüksemburq kimi xırda ölkələr də bu istiqamətdə fəaliyyətə xüsusi önəm verirlər. Səbəb isə odur ki, beynəlxalq münasibətlər sistemində xarici ölkələr və aktorlar hər hansı bir digər ölkəyə münasibətdə onun strateji dəyərini nəzərə alırlar və bu dəyərin səviyyəsindən asılı olaraq həmin ölkəyə az və ya çox önəm verilir. Strateji dəyərin yüksək olması ölkənin xarici siyasətinin məqsədlərinə müvəffəq olmaq səviyyəsini də artırır.
Azərbaycan da beynəlxalq aləmin fəal üzvü kimi öz strateji dəyərinin yüksək olmasında maraqlıdır. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə qayıdanda ölkəmizin strateji dəyəri yox dərəcəsində idi. Uçurumda olan dövlətçiliyin xilası və Ermənistanın işğalçı qoşunlarının ərazilərimizin daha da dərinliyinə doğru təcavüzkarcasına irəliləməsinin dayandırılması ölkəmizin strateji dəyərinin təşəkkül tapması üçün ilkin zəmin yaratdı. Növbəti mərhələdə Ulu Öndərin böyük neft strategiyasının həyata keçirilməsinə başlaması dünyada enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi strateji dəyərimizin formalaşmasına xidmət etdi. 2000-ci ilin əvvəllərində isə Heydər Əliyevin uzaqgörən, çevik və iti zəkası sayəsində Azərbaycan qlobal terrorizmlə mübarizə və təhlükəsizliyin təmin olunması prosesinə fəal surətdə qoşuldu. Nəticədə Heydər Əliyev dövründə Azərbaycanın strateji dəyərinin inkişafı beynəlxalq enerji təhlükəsizliyi, terrorla mübarizə, sülh və təhlükəsizlik kimi həmin zamana xas olan fundamental faktorlarla bağlı oldu.
Cənab İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi ilə ölkəmizin strateji dəyərinin formalaşmasında yeni bir mərhələ başladı. İlham Əliyevin Ulu Öndərin başladığı yeni neft strategiyasını uğurla tamamlaması nəticəsində ölkəyə böyük gəlirlər daxil olmağa başladı. Amma məsələ təkcə neft gəlirlərində deyil. Nefti Azərbaycandan çox olan ölkələr var ki, bu, onlara problem və uğursuzluq gətirib, strateji dəyərlərini zəiflədib. Bu baxımdan əsas məsələ neftdən gələn gəlirlərin necə yönəldilməsində və istifadə edilməsindədir. Məhz İlham Əliyevin apardığı siyasət nəticəsində neft gəlirləri səmərəli istifadə edilərək ilk növbədə xalqımızın rifah və tərəqqisinə xidmət edir, həm də davamlılıq prinsipinə sadiq qalmaqla neft gəlirləri gələcək nəsillərin bəhrələnəcəyi sahələrin yaradılması üçün istifadə edilir. Eyni zamanda neft gəlirləri hesabına yeni layihələr həyata keçirildi, yeni işlər görüldü ki, onlar da nəticə etibarilə ölkənin strateji dəyərinin yeni istiqamətlərdə yüksəldilməsinə töhfə verir.
Son dövrdə həm ölkə daxilində, həm də ölkə xaricində bir sıra ekspertlər Azərbaycanın strateji dəyərində enerji təhlükəsizliyində oynadığı rolun aktuallığının azaldığını qeyd edirlər və bildirirlər ki, artıq Azərbaycanın strateji dəyərində başqa faktorlar daha çox rol oynayır. Amma bu cür yanaşma dolğun deyildir. Əslində İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması və neftlə yanaşı, qaz və qızıl kimi təbii sərvətlərdən istifadə və onların ixracı istiqamətində nailiyyətlər əldə edilmişdir. Ona görə də ilk baxışda sanki neftin əhəmiyyətinin azaldığı və enerji təhlükəsizliyi məsələsinin az önəm daşıdığı təəssüratı yaranır. Əslində isə Azərbaycanda digər sahələrdə əldə edilmiş inkişaf fonunda neftin əvvəlki dominant mövqeyi zəifləyib. Hazırda Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesi gedir, qitələri və bölgələri birləşdirən dəmiryolu xətləri, hava və su yolları və avtomobil magistralları ölkəmizdə kəsişir. Bundan əlavə, Prezidentin təşəbbüsü ilə Azərbaycanın həyata keçirdiyi və ya evsahibliyi etdiyi bir çox beynəlxalq və qlobal xarakterli humanitar, siyasi, sülh və təhlükəsizlik sahəsində tədbirlər Azərbaycanın beynəlxalq aktor kimi qlobal rolunu formalaşdırır. Mahiyyət etibarilə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın strateji dəyərinin formalaşması və yüksəlməsi təkcə enerji təhlükəsizliyi və terrorla mübarizə kimi amillərlə bağlı olmamış, bu sahədə yuxarıda qeyd etdiyimiz yeni istiqamətlər yaradılmışdı.
Bütün bunların fövqündə isə İlham Əliyevin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi göstərdiyi misilsiz hərbi və diplomatik liderlik keyfiyyətləri ona olan beynəlxalq ehtiramın dərinləşməsinə səbəb oldu. Müharibə 44 gün çəksə də, ona gedən hazırlıq yolu on illərlə görülmüş çoxşaxəli, planlı və sistemli fəaliyyətdən ibarətdir. Müharibədən sonrakı dövr də çağırışlarla doludur. Belə ki, döyüş meydanında qazanılmış Zəfərin nəticələrini möhkəmlətmək və onu beynəlxalq müstəvidə qəbul etdirmək vəzifəsi qarşıda durur. Bu vəzifəni müxtəlif xarici qüvvələrin Azərbaycana qarşı olan planları ilə üz-üzə qalaraq yerinə yetirmək işi daha da mürəkkəbləşdirir. Digər tərəfdən tamamilə dağıdılmış və minalanmış ərazilərimizin təmizlənməsi, bərpası, yenidən qurulması və doğma sakinləri ilə məskunlaşdırılması nəhəng miqyasda əmək, zəhmət, vaxt və resurslar tələb edir.
Müharibə zamanı BMT-nin 30 il ərzində icra edilməmiş qalan 4 qətnaməsini Azərbaycan özü təkbaşına 44 gün ərzində icra etdi. İndi isə bərpa, yenidənqurma, məskunlaşdırma və reinteqrasiya işlərini özü heç kəsin yardımı olmadan həyata keçirir. Bu çağırışların və qarşıda duran problemlərin təkbaşına həll edilməsi nəinki hər kiçik dövlətin, hətta hər böyük dövlətin də işi deyil. İkinci Dünya müharibəsindən də bildiyimiz kimi, müharibədən çıxmış ölkələrin köməyinə digər ölkələr və beynəlxalq təşkilatlar gəlməsələr, bu işləri etmək hətta mümkünsüz olur. ABŞ-ın Marşal planı buna misaldır. Müasir dövrdə də buna aid çoxlu nümunələr var. Azərbaycan o nadir ölkələrdəndir ki, bunu təkbaşına edir. Amma bunun ən müsbət tərəfi ondan ibarətdir ki, məhz buna görə bizim müstəqilliyimiz formal xarakter daşımır, həqiqi və faktiki müstəqillikdir və müstəqil daxili və xarici siyasət yürüdürük. Əlbəttə ki, digər dövlətlər və beynəlxalq aktorlar Azərbaycanın strateji dəyərini artıran bu fəaliyyətləri görürlər və ölkənin müstəqil siyasət yürütmə qabiliyyəti onun strateji dəyərini formalaşdıran əsas amillərdən biri kimi çıxış edir. Ölkəmizin hazırkı yüksək strateji dəyərinin memarı 60 illik yubileyini qeyd etdiyimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
24 dekabrda Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Bu yubiley ərəfəsində onun insani xüsusiyyətləri və şəxsi keyfiyyətləri bir daha diqqət cəlb edir. İlham Əliyevin şəxsi keyfiyyətlərinin və xüsusiyyətlərinin ölkə rəhbəri kimi onun fəaliyyətində və xüsusən də Azərbaycanın strateji dəyərinin yüksəldilməsində nə dərəcədə əhəmiyyətli olması məsələsinə qısa nəzər salaq. O, keçmiş SSRİ-nin və dünyanın ən nüfuzlu ali məktəblərindən olan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunu olmuş və orada dərs demişdir. Belə yüksək səviyyəli təhsil, akademik və pedaqoji fəaliyyət İlham Əliyev şəxsiyyətinin formalaşmasında və yüksək intellektinin inkişafında mühüm rol oynamışdır. Buna görə də adətən İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunu olması və orada dərs deməsi haqlı olaraq xüsusi vurğulanır və doğrudan da, belə bir ali məktəbin məzunu və müəllimi olmaq böyük üstünlükdür. Bununla belə qeyd edilməlidir ki, cənab Prezident elə bir səviyyəyə və məqama yetişib ki, İlham Əliyevin onun məzunu olması və gənc yaşlarında orada mühazirə deməsi faktı artıq ölkə rəhbərindən daha çox həmin ali məktəbin özü üçün bir qürur mənbəyinə, prestijə çevrilib.
Hər şeydən əvvəl o, sözün əsl mənasında Heydər Əliyev məktəbinin yetirməsidir. Təkcə ona görə yox ki, o, Heydər Əliyevin oğludur, onun ailəsində, onun tərbiyəsi ilə böyüyüb. Hərçənd bu amil olduqca mühümdür. 1982-ci ildə Ulu Öndərin şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini açmaq və Vaqif Poeziya Günlərini keçirmək üçün Şuşaya səfərləri zamanı gənc İlham Əliyev onun yanında olub. Belə bir mühit hələ həmin sovet dövründə onun gənc yaşlarından milli ruhda böyüməsi, tariximizi və tariximizin əhəmiyyətini dərindən dərk etməsi baxımından vacib rol oynamışdır. Həm də ona görə sözün əsl mənasında Heydər Əliyev məktəbinin yetirməsidir ki, o, Heydər Əliyevin dövlətçilik təcrübəsini yaxından izləmiş, müstəqillik dövründə isə Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda müxtəlif vəzifələrdə çalışmış, onunla birlikdə xarici tərəfdaşlarla neft sazişlərinin bağlanması üçün danışıqlarda yaxından iştirak etmişdir.
Belə bir deyim var ki, xoşbəxt, uğurlu müəllim o müəllimdir ki, şagirdi, tələbəsi özündən də böyük uğur qazansın. Bu mənada Ulu Öndərin ruhu şaddır. Rusiya Prezidenti Vladimir Putin məşhur çıxışında demişdi ki, Heydər Əliyev Azərbaycan çərçivəsinə sığan siyasətçi deyildi. Bu gün tam əminliklə demək olar ki, İlham Əliyev nəinki Azərbaycan, hətta region çərçivəsinə sığan siyasətçi deyil, onun siyasəti region hüdudlarını aşaraq transregional və qlobal xarakter daşıyır. Möhtərəm Prezidentin “peyvənd millətçiliyi” və pandemiya ilə mübarizə məsələsindəki qətiyyətli təşəbbüsləri, Qoşulmama Hərəkatının inkişafına verdiyi töhfələr, dünyada idman və olimpiya hərəkatına göstərdiyi xidmətlər, beynəlxalq sülh məramlı işinə və humanitar məsələlərə verdiyi dəstək, dinlər və sivilizasiyalar arasında əməkdaşlıq və dialoqa verdiyi təkan onun siyasətinin Azərbaycan və region hüdudlarını aşdığını təsdiq edir.
İlham Əliyevin şəxsi xüsusiyyətlərindən biri də onun daim zamanla, yeni şəraitlə ayaqlaşmaq qabiliyyətidirsə, digəri onun yeni reallıqlar yaratmağa qadır intellektual potensialı və bu potensialı daim inkişaf etdirmək bacarığıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə sayəsində regionda yeni geosiyasi reallıqlar yaratması bunun ən bariz nümunəsidir. Əgər müharibəyə qədər Şuşanın azad edilməsi xülya kimi görünürdüsə, Türkiyə ilə müttəfiqliyimizi rəsmiləşdirən Şuşa Bəyannaməsinin imzalanması və ya Zəngəzur dəhlizi heç mövzu da deyildi. Amma bu gün bütün bunlar xoş bir gerçəklikdir, İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi yaratdığı və xalqımıza yaşatdığı gerçəklikdir.
Yuxarıda vurğulandığı kimi, bu yeni reallıqlar da Azərbaycanın dünyadakı strateji dəyərinin və geosiyasi əhəmiyyətinin yüksəlməsinə böyük töhfədir. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdaşlıq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oynamasını və beynəlxalq sülh və əməkdaşlığa töhfə verən ölkə kimi çıxış etməsini şərtləndirir və bu birləşdirici rol ölkəmizin strateji dəyərini davamlı edir. Bunu əyani surətdə göstərmək üçün bir nümunə yetər. İlham Əliyev Azərbaycanı beynəlxalq münasibətlər sistemində unikal oyunçuya çevirib. Bir tərəfdən Rusiya ilə yüksəksəviyyəli strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri qurub, digər tərəfdən isə Ulu Öndərin “Bir millət, iki dövlət” baxışını reallaşdıraraq NATO üzvü olan qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri qurmaqla gücümüzə güc qatıb. Bu baxımdan əlavə dəyər anlayışı iqtisadi termin olsa da, İlham Əliyevin yürütdüyü novator xarici siyasət nəticəsində əlavə dəyər anlayışı Azərbaycanın beynəlxalq münasibətlərində yeni anlam kəsb edib.
60 illik yubileyini Qarabağı, Şərqi Zəngəzur və Şuşanı azad etmiş qalib ordunun Müzəffər Ali Baş Komandanı kimi ölkəsinin beynəlxalq səviyyədə strateji dəyərini yüksəltmiş, ölkə səviyyəsində isə ərazi bütövlüyümüzü bərpa edərək milli qürurumuzu bərqərar etmiş rəhbər kimi qeyd edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona şəxsi həyatında və ölkəmizin lideri, ordumuzun komandanı kimi yeni nailiyyətlər, yeni zirvələr fəth etməyi arzulayıram!
Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini
Baxış sayı: 454
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.