Bütün xəbərlər
Dağıstanda MMA döyüşçüsü Xızrıyevə hücumla bağlı cinayət işi açılıb
Tarix: 16-07-2025 10:27 | Bölmə: Karusel

Mahaçqalada naməlum şəxslər MMA döyüşçüsü Timur Xizriyevə öldürücü olmayan silahdan atəş açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idmançı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi açılıb.
Hücum iyulun 15-də Moskva vaxtı ilə saat 23:30 radələrində Danilov küçəsindəki evin yaxınlığında baş verib. Hazırda döyüşçüyə bütün lazımi tibbi yardım göstərilir.
Respublikanın hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, hücumla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Timur Xizriev PFL və Bellator turnirlərində iştirak etmiş rusiyalı qarışıq döyüş ustasıdır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər