12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Leyli Nur Novruzova-Hekaylər və şeirlər
Tarix: 19-11-2022 21:55 | Bölmə: Ədəbiyyat



    Leyli (Nur) Mustafa qızı Novruzova - 1962-ci ildə Quba rayonunun Səbətlər kəndində anadan olub. 1979-cu ildə Şəhid Elman Məmmədov adına Səbətlər kənd tam orta məktəbini, 1992-ci ildə N.Nərimanov adına Mədəniyyət evi nəzdində birillik muhasibat ucotu kursunu, 2013-cü ildə “İnsan və təbiət” ictimai-siyasi qəzet redaksiyası nəzdində bir illik Jurnalistika kursunu bitirib.
    Gənc yaşlarından bədii yaradıcılığa başlayıb. “Tale” adlı ilk şeiri - ilk qələm məhsulu olub. Sonralar “Səfəq”, “İnsan və təbiət”, “Ədalətli iş, düzgün söz”, “Sumqayıt”, “Dövlət və qanun”, “Uğurlu yol” və s. ictimai ədəbi qəzetlərdə yazıları çap olunub. “Azərbaycan” və “Yurd” ədəbi jurnallarında, “Zirvə”, “Əsrlərə körpü”, “Yaşıl işıq” və “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya, Nizami Gəncəvi-880”, “Həyat bizi səsləyir”, “Sevgilim yuxunu dənizə danış”, “Həsrətin sonu”, Tər çiçəklər” və s. poeziya antologiyalarında, bir çox ədəbi məcmulərdə, müxtəlif mətbuat orqanlarında şeirləri oxuculara təqdim olunub.
İki kitab müəllifidir: "Gün keçir, ömür qısa", "Qazi şəhidlərin haqqı itməsin" kitabları oxucular tərəfindən sevilə-sevilə oxunur. Üçüncü kitabı mətbəə ömrünü yaşayır. Yaxın günlərdə "Borçalı" nəşriyyatı tərəfindən çap olunaraq oxucuların ixtiyarına veriləcək.
     Leyli xanım hazırda dördüncü kitabı üzərində işləyir.
    O, həm də "Borçalı" nəşriyyatının, "Şərqin səsi" qəzetinin, "Yazarlar" jurnalının, ZiM.Az və Zirve.info saytlarının redaksiya heyətinin üzvü və Sumqayıt şəhəri üzrə təmsilçisidir.
    Uzun illər göstərdiyi ictimai fəaliyyətinə, səmərəli xidmətlərinə, geniş əhali kütləsi arasında qazanmış olduğu hörmət və nüfuzuna, maddi ehtiyac içərisində yaşayan insanlara göstərmiş olduğu xeyriyyəçiliyinə, dövlətçiliyimizin və xalqımızın mənafeyinə xidmət etdiyinə və Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini ölkə daxilində təbliğ etdiyinə görə 2017-ci və 2019-cu illərdə Fəxri diplomlara layiq görülüb. 2020-ci ildə “Nəsimi” Poeziya diplomu və “Qızıl  qələm”, 2021-ci ildə “Ulu öndər”, “Qarabağ Azərbaycandır”, “İlin vətənpərvər sairi” media mukafatı diplomu ilə təltif edilib.

Sabaha-inamla.az


Bir həsrət bitdi
  
   Mən bu gün qələm götürüb bir az həyatın o şirin nemətindən dadan, həm də həsrətlə həmin nemətə biganə baxan, ana adına layiq olmayan, ana adını daşıyan analardan yazmaq istəyirəm.
   Mənim oxucularım, ilk növbədə bir sual  meydana çıxa bilər  ki, görəsən həqiqətən belə analar həyatda  varmı?
   Bəli, mən bu gün ancaq reallıqdan yazacağam. Mən bir çox verlişlərə baxıb  ürək sarsıntısı keçirirəm. Ana verlişə gəlib övladını axtarır, niyə?
   O, övladından imtina edirsənsə, illərdən sonra niyə axtarırsan?
   Axı o, körpənin nə günahı olub ki, sən onu atımısan? Axı sən ana adını daşıyırsan. Əgər onu atacaqsansa, saxlaya bilməyəcəksənsə, ilk növbədə onu dünyaya gətirmə. Bu elə bir hisdir ki, bəzən çox qadınlarımız o hissin həsrətin çəkirlər.

   Mən ilk növbədə heç kəsdən yox, özümdən danışmaq istəyirəm. Otuz üç yaşımdan heç kəsin köməyi olmadan tək, göydə Allahın köməyi ilə  dörd övlad böyüdüb, oxudub, boya-başa catdırmışam. Demirəm asandlıqla, çox cətin yollar keçmişəm. Mənə də çoxları deyirdi, dörd uşağa baxa bilməzsən, ya atasına, ya da uşaq evinə ver, cavansan. Sənə çox çətin olacaq və daha nələr, nələr... Amma mən həyatda çox istədiyim övladlarımı böyüdüb, oxudub, sənət sahibi etmək, bir-birindən ayırmamaq üçün mübarizə aparmışam, tək özümü düşünməmişəm. Həyatda başqalarına görə hər sənətə yiyələnmişəm. İndi isə mən övladlarımla fəxr edirəm ki, belə övladlar böyüdüb boya-başa çatdırmışam.
   Əziz oxucularım, mənə yaxın olan bir ananın kədərli həyatından söhbət açacağam.

   Axı biz anayıq. Bağışlamağı bacarmalıyıq. Həmin qadının öz dediklərindən.
-Bacı iyirmi il öncə başıma gələn bir hadisədən danışacağam. Qadının danışdıqlarını sizlərə çatdırıram.
   “Ləman ana” Türk vətəndaşı ilə ailə qurur (nigahsız). Onların bir qız övladı dünyaya göz acır. Ancaq bu qızcığaz bilmir ki, onu nələr gözləyir. “Ləman xanım” İbo ləqəbli sevgilisindən  səkkiz ay yaşadıqdan sonra ayrı düşəcəyini bilmirdi. Lakin həyat ona bu anı qismət eylədi. Vaxt kecir, “Ləman xanım”ın vəziyyəti, yaşayış tərzi çətinləşir. O, dünyaya gətirdiyi körpəsindən də ayrı düşür. Deyəcəksiz niyə?
   Ata-anasının təkidi ilə öz şirin balasını uşaq evinin qapısına qoymağa məcbur olur. Ləman xanımın ata evindən başqa yaşamağa yeri yox idi. Həmin gündən onun həyatı tarmar olur. Onun üçün məhəbbət eşqi həmişəlik sönür.

   Ləman xanım deyir:- Leyli xanım, mənim övladımı mən özüm yox, özümə yaxın olan Firuzə adlı bir xanıma verdim ki, apar uşaq evinin həyətinə qoy, ancaq  and verdim ki, uşağı hansı uşaq evinə qoyduğunu mənə deməsin. Elədə oldu. Özümü hər şeydən məhrum etdim. Valideynlərimə görə övladımdan məhrum oldum. Mənə nə qədər elcilər gəlsə də heç birinə "hə" cavabı vermədim.
   Ulu Tanrı insana bir dəfə şans verir. O da mənə verilmişdi. Mən o şansın qədrini bilmədim. Amma mən həyatda bircəciyim üçün yaşayırdım ki, nə vaxtsa ona qovuşacağam. İllər keçdi. Onu da deyim ki, yuxularımda qızıma yaxın düşə bilməmişəm. Həmişə elə bilirdim ki, bu yaşadıqlarım bir yuxudur.Ancaq qızıma ad günü qeyd edirdim.
   Ləman xanıma sual verdim:
-Ad gününü qeyd etdikdə kimlər olurdu?

-Heç kəs, tək özüm ...
Mən ilk ad günündən başlayaraq mağazalardan hər il qızımın ad gününə gözəl donlar seçib alırdım. Son illər idi, artıq qızımın on səkkiz yaşı tamam oldu. Qızım yuxuma gəldi, ana, mənə don alma. Bir ağ örpək al. Yuxudan dik atıldım.
Ulu Tanrım görəsən qızıma nə olub. Mənə niyə belə dedi? Yuxularımda axı həmişə məndən uzaq qaçıb. Allaha dualar elədim ki, on səkkiz il mən əzab içində yaşamışam, nə olar mənə rəhmin gəlsin. Ölən günümə bir gün qalmışda olsa məni qızıma qovuşdur.
   -Ləman xanım axı siz qızınız çox körpə ikən ondan ayrılmışsınız. Nə adı,nə ünvanı, heç nəyi yox idimi sizdə?
Demişsiniz körpə doğuş evində yox, ev şəraitində anadan olmuşdur. Heç bir adı da yox idi. Siz onu necə axtarıb tapa bilərdiniz?
  -Bilirsən ki, Firuzə canıma and içmişdim ki, səni narahat etməyəcəyəm. Amma bilirdim qızıma hayatda rastlaşsam onu həmən  tanıyacağam.
Nədən?
Qızımın sol qolunda biləkdən yuxarı noxud boyda qırmızı xalı var idi.
-Ləman xanım həmin qadınla siz görüşürdünüz?
-Yox, o, ucqar bir kəndə ərə getmişdi, əlaqəmiz tamam kəsilmişdi.
-Bəs bu həsrət necə sona yetdi?

-Bayaq danışdığım yuxudan sonra çox narahat idim. Bir gün bizim ünvanımıza bir xanım gəldi.
   Mənə elə gəlirdi ki, bu xanımı haradasa görmüşəm. Xanım mənə çox tanış gəlirdi.

-Gəlin, xoş gəlmisiniz, buyurun əyləşin.
-Təəccüblə üzümə baxdı.
-Siz Ləman xanımsız?
-Bəli dedim.

-Bilmək olar siz kimsiz? Sözüm ağzımda qaldı. O, hönkürtü ilə yüksək səslə ağlamağa başladı.
   Mən yerimdə donub qalmışdım. Gəlinimiz məni sirkələdi, ay qız nə donub qalmısan, su gətir görək , kimdi, nəçidi, nə olub, nə demək istəyir?
   Səsə qardaşım gəldi. Ay qız nə olub? Bu xanım kimdi?
Mən başımı tərpədib dedim:
-Bilmirəm.

Su gətirdim, için dedim. Sakitləşin.
   O, suyu içib bir az sakitləşdi və çantasından bir dəftər çıxarıb vərəqlərin arasından bir şəkil götürüb mənə sarı uzatdı. Həmin şəkil mənlə Firuzə xanımın birgə çəkdirdiyimiz şəklimiz idi. Onda başa düşdüm ki, bu qız Firuzə xanımın qızıdı. Bəli, bu qız elədi ki, var, elə bil bir alma idilər yarı bölünüb. Onda qəhər məni boğdu, hıçqıra-hıçqıra dedim Firuzə xanım niyə gəlmədi?
   Ondan gözləmədiyim bir xəbər aldım.

-Anam uzun sürən xəstəlikdən dünyasını dəyişdi. Bu sizə çatacaq anamın xatirə dəftəridir. Mənə vəsiyyət etmişdir sizi gəlib tapım və bu dəftəri sizə verim.
Yenidən bir-birimizə sarılıb ağlaşdıq.
-Ləman xala, tez olun  dəftəri açın, anamın nə yazdığını birgə oxuyaq. Heç kəs oxumayıb, bilinməyir orda nə yazılıb.
Ürəyimə ilk növbədə qızım barədə yazı olduğu gəldi. Elə də oldu. Qızım barədə çox gözəl yazılmışdı. Firuzə xanım düz on il qızımın yanına qızımı görməyə gedibmiş hamıdan xəbərsiz. Onun kim olduğunu qızımda bilməyib. Lakin son illər səhhəti ona imkan verməyib ki, qızımı görməyə getsin.
Belədə yazılıb xatirə dəftərində.
Qızımın dedikləri: niyə daha o xala məni görməyə gəlmir? Bəs deyirdi yenə gələcəyəm. Müəlliməsini qucaqlayıb ağlayırmış. Uzun illər qızımın gözü qapıda qalıb.
   Firuzə xanım qızımın hansı ünvanda olduğunu dəftərdə qeyd etmişdi. Xatirələri ilə birlikdə qızımın bir yaşından on yaşına qədər şəkillərinidə yığıb saxlamışdı. Mən həmin ünvana getdim. İçəri keçməyə cəsarətim çatmırdı. Qapıdan çox boylandım, heç nə görə bilmədim. Birdən qapı aralandı, bir göyçək xanım qapıdan boylandı.
Mənə tərəf baxıb sual verdi.
-Anacan sizə nə lazımdı, kimi axtarırsız?
Elə bil dünyanı mənə verdilər. Birdə cəsarətimi topladım. Vallah bilmirəm necə deyim, necə soruşum.
-De, anacan  kömək edərəm..
Elə bil bir qüvvə məni ona tərəf cəlb etdi. Qızım bilmirəm hardan, nədən başlayım.
-Mən on səkkiz il bundan öncə bir  qız övladımı bu uşaq evinin həyətinə gətirib qoymuşam, indi onu axtarıram.
-Niyə?
Vallah qızım desəm də niyə, inanmayacaqsız.
-Niyə ki, inanarıq.Adını, atasının adın deyin yoxlayım..
-Ay bala, bu qızımın yaşamağı üçün bu addımı atmışam. Atası məni xəbərsiz tərk edib gedəndə hələ qızımız dünyaya göz açmamışdı. Tək qalmışdım, bircə ata evində var idi yaşamaq ümüdümüz. Valideynlərim məni uşaqla qəbul etmirdilər. Ona görə də məcbur qalıb hələ təzəcə dünyaya göz açmış körpə balamı yaşatmaq üçün anaların, körpələrin ümüd yeri olan uşaq evinin həyətinə qoydurmuşam.
-Necə bəyəm qoydurmuşam?
-Eh, qızım uzun hekayədir. Bir yazıq rəfiqəm var idi, ondan xahiş etmişdim uşağı hansısa uşaq evinin həyətinə qoysun, ona and içdirmişdim mənə yerini deməsin.
-Niyə?
-Çünkü, gedib təzədən götürərəm, axı anayam, ürəyim qan ağlayırdı.

   O, körpəni götürəcəydim.. Harda saxlayardım? Axı özümündə yaşamağa yerim yox idi.
   Bəli, rəfiqəm elədə etdi. Körpəni xilas etdi. Ozü ucqar bir kəndə ərə getdi. Onu da sonradan bildim. Rəfiqəmin adı Firuzə idi. O da uzun sürən xəstəlikdən erkən vəfat edibmiş.
Odur gələn, onun yadigarı, su almağa getmişdi. Bura onun əlindəki cansız, həm də mənə dünyalar qədər əziz olan xatirə dəftəri ilə gəlmişəm. Bəlkə məni balamla qovuşdurdu. Bircə rəfiqəm qızımı bura qoyduqdan sonra, həmişə hamıdan xəbərsiz o, qızından elaqəni kəsməyib. Ta xəstə olana qədər. Hamsını xatirələrdə qeyd etmiş və şəkilləri var.
-Baxmaq olar?
-Hə, niyə olmur.
-Ay qızım, o dəftəri ver. Bu qızımız baxsın.
Amma hiss etdim ki, bayaqdan mənlə söhbət edən qız heç özündə deyil. O, cəld dəftəri əlimdən aldı. Açıb vərəqlədi, vərəqləyərkən arasından yerə sürüşüb düşən şəkli görüb huşunu itirdi. Özümdə çaşpaş qalmışdım və qışqırdım su gətirin. Hamı başına yığışdı. Bu vaxt göycək bir qız uşağı atasının əlindən çıxıb qışqıra-qışqıra bizim tərəfə gəldi. Ana -ana deyib ağlayırdı. Atasıda yaxınlaşıb cəld bu qızı qucağına alıb yol verin, yol verin deyib icəri otağa keçirtdi.
Mən isə çox peşiman olmuşdum. Fikirləşdim ki, söhbətimlə yazıq qızı yordum. Bir azdan qız asta-asta ozünə gəlməyə başladı. Oyanıb mənə tərəf baxıb qışqırdı.
   -Anacan, bilirdim gələcəksən!!! Firuzə ana həmişə mənə deyirdi. Qucaqlaşıb hönkürtü ilə ağlaşdıq. Bu mənim qızım idi. Qızım son qədər gözəl olduğuna görə körpələr evində ona Sona adı verilmişdir. Sona uşaq evindən olan oğlanla ailə qurub bir qız övladı dünyaya gətirmişdi.
Elə həmin uşaq evində də işləməyə başlamışdır.

-Bəli, Leyli xanım hekayətimiz belə olmuşdur. Beləcə Sona balamla və Firuzə xanımın bizə yadigar qoyub getmiş qızı Fatimə ilə qovuşdum. İlk öncə Firuzə xanımın məzarını ziyarət etdik, ona rəhmət dilədik.
   Bəli analaradır sözüm, mən belə bir addım atmışam. Amma sizlərə belə balanıza qovuşmağı arzulamıram. Qoy körpələriniz ana qucağında işinib boya-başa çatsınlar.
-Bəli, mən artıq getməliyəm Leyli xanım. Qız nəvəmi məktəbdən götürməliyəm, gecikməyim.
-Get bacım, Allah yar olsun.
Ana anadır, o, həmişə bağışlayan və bağışlanandır. Həyatda elə bir addım atın ki, bağışlanasız.
-Sizə uğurlar arzulayıram Ləman xanım. Sənin atdığın addımın aqibəti belə olmalı idi.
Sona və Fatimə balaları Allah qorusun.
Allah amanında.


***
OXUYUN, ÜZÜNÜZƏ GÜLÜŞ QONSUN

Bir gün Nadir qonşusu Əlinin yanına gəlib deyir.Ay qonşu sizə bir işim düşüb.Onu da deyim ki, Əli cox imkanlı iş adamıdır.De görüm mənə nəişin düşüb?
Nadir kişi deyir mənə borca 100 manat pul ver bir aya artıqlamasıyla qaytararam.
Əli cibinə əlin atıb bir ovuc pul cıxardır.İcindən bir yüzdük ayırıb Nadir kişiyə uzadaraq al işini həll edən kimi gətir qaytar.Nadirin gözləri gülümsəyir.Həm də Nadir kişini kədər hissi boğur.Nadir kişi işlərini səhmana salır.Ay gəlib çatır Nadir dediyi kimi də edir.100-ün üstünə 100-də goyub yollanır qonşusu Əli gilə.Qapını doyür,qapını üzünə Əli açır.Salam, ay qonşu .Əli salamı xala xətrin qalmasın alır,əleykimə salam.Nadir pulu bükülü formada Əliyə uzadır.Fikirləşir ki, yəqin qonşusu onun imkansız olduqunu bildiyinə görə əlavə 100-ü qaytarar.Əli pulnun qatını açır, əlavə pulu görən kimi gözlərinə işıq gəlir,üzünə sevinc gonur.Var ol, ay Nadir kişi, yenə nə vaxt sənə pul lazım olsa, gəl, verim apar xərclə.
Nadir kişi sağollaşıb evinə gəlir.Amma Əlinin bu hərəkəti onu heç cürə sakit buraxmır.İnanmırdı ki, Əli artıq qoyduğu pulu götürər. Xeyli vaxt aradan keçir.Əli məhəlləyə girəndə Nadir kişiylə üzləşir.
Ay Nadir kişi, nə var, nə yox.Nadir kişi deyir sağlığınız, ay qonşu, var olasız.Demişəm də sənə nə vaxt pul lazım olsa, gəl götür,gülumsəyərək,biz kişiyik deyib maşını sürüb keçir.Bu söz Nadir kişiyə çox toxunur.
Nadir kişi cox fikirləşir özünə bir iş qursun, amma imkanı yol vermir.Bir gün yenə Əlinin hüzuruna gəlib deyir,qonşu, sizə bir işim düşüb.Əlinin üzü gülür nə işin düşüb, de, bilirəm pul lazımdı sənə.Hə, qonşu, mənə100 manat pul ver.Əli sevincək yenə cibindən bir ovuc pul çıxarıb içindən 2 yüzluk ayırıb Nadir kişiyə uzadır.Yox, qonşu, mən səndən 100 manat istədim, imkanın varsa ver .Yox, nə danışırsan, apar xərclə,deyərək Nadir kişiyə pulu uzadır.Nadir kişi də pulu alıb evinə dönür.Əli sevindiyindən uçur .Yüz vermişdim 200 aldım,indi 200 verdim ayın axırı üstünə 200 gəlir çox gozəl.Ayın kecməyinə nə var ki,mənim bu da əlavə biznesimdir,deyərək gülümsədi.Sizə Nadir kşidən danışım. Nadir kişi özünə yüngülvari iş qurur,Əlinin gözünə görsənmir,başı işə qarışır.Ay gəlib keçir Əli narahat olmaqa başlayır.Bir gün işə gedəndə Nadir kişiylə rastlaşır. Salamlaşıb kef- əhval soruşur,mənə gəlib dəymədin, aydan 3 gün kecib,eşitdim özünə biznes qurmusan.Hə, bəs biz kişi deyilik, gülümsəyərək Nadir kişi başını dik qaldırdı.Əli saydığını sayır,gör Nadir kişi nə sayır.Ay Nadir kişi, mənə verəcəyin var onu deyirəm, keçən dəfə tez gətirdın, səndən də cox razı qaldım.Ay qonşu, sağ olun, var olun. Allah ruzinizi versin, mən də sizdən yerlə göy qədər razıyam, amma keçən dəfə sizdən borc istədim, dedim artıqlamasıyla qaytararam,kişi kimi dedim, kişi kimidə gətirdim qaytardım.Məgər biz kişi deyilik,bu dəfə Nadir kişi gülümsəyərək sözünə davam etdi.Bu dəfə isə mən sizdən pul istədim, dedim imkanın varsa mənə bir az pul ver, borc sözü demədim,sən də var olasan, cıxarıb 200 manat verdin.Mən də sağlığına yüngülvari bir iş qurmuşam başımı dolandırıram, bəyəm kişi deyilik, öz işimiz olmasın.Biz kişi kimi söz verib,kişi kimi də yerinə yetiririk. Əli 400 manat gözləyirdi, 100- dən də oldu.Əli 400 manatı saymağında olsun,Nadir kişi də xərcləməyində.Allah hər kəsə halal qazanc,ruzi- bərəkət nəsib etsin. Amin!


Buta

Gül-çiçək qoxusu verirsən mənə,
Güllər arasında şah gülsən, gülüm.
Sənin hər vüsalın ruh verib yenə,
Bu sınıq könlümün tarısan, gülüm.

İnan sən həyata gəldiyin andan,
Mən sənin izinlə gazmişəm, gülüm.
Səni buta vermiş mənə Yaradan,
Butasan, qönçəsən mənimçün, gülüm.

O ulu Tanrıdan bir diləyim var,
Səni çox görməsin qoy mənə, gülüm.
Bizi qoşa görən dostlar-tanışlar,
Sevinsin, şad olsun qoy yenə, gülüm.

Qəfəsdə çəmənçün darıxar bülbül,
Ürəyim bil səni sevəcəm, gülüm.
Bağımda əkmişəm mən, səni bir gül,
O gülü mən özüm dərəcəm, gülüm.

İncə təbiətli, inçə ürəyin,
Andırır insana gülü, çiçəyi.
Bir gün mehman olmaq olar qismətin,
Bu sevən könlümün arzu, diləyi.

Mən elə bilirdim özgəsən mənə,
İndi bilirəm ki, doğmasan, gülüm.
Yaşaya bilmərəm mən sənsiz yenə,
Leylinin arzusu olubsan, gülüm.


Bəhanəsiz get

Gözlərin gözümə baxdığı zaman,
Hiyləgərlik gördüm, mən onda, inan,
Mən səni pak sandım, nədən bu yalan?
Gedəndə sən Allah, bəhanəsiz get.

Sən məni alovsuz, odsuz yandırdın,
Yalan vədlərinlə pis günə saldın,
Aldadıb qəlbimi  sən oğurladın,
Gedirsən dözərəm, bəhanəsiz get.

Haqqın dərgahından, haqdan danışdın,
Keçmiş günlərini cinayət sandın,
Qeyrətsizlik etməm, deyib yalvardın,
Sən o sən deyilsən, bəhanəsiz get.

Sən məni aldadıb girdin qəlbimə,
Güya ki, şəriksən hər an dərdimə,
Dilin bir söz dedi, ürək tərsinə,
Yoruldun bilmirəm, bəhanəsiz get.

Mənim ürəyimlə gəl alver etmə,
Özün kimilərə bərabər görmə,
Yayda buz dalınca, sən dağa getmə,
Donarsan, donanda, bəhanəsiz get.

Yamanca baxırsan çölə, bayıra,
Sən dözə bilmirsən, gəl bir qərara,
Pəncərədən boylan, söykən divara,
Göz yaşların tökmə, bəhanəsiz get.

Gözlərindən yağır hiyləgərliyin,
Yaman tez-tez tutur, pis dəcəlliyin,
O körpələr, bir zaman Allah dediyin,
Daha unutmusan, bəhanəsiz get.


Qızlar
(Bəzi qızlara ünvanlanır)

Adın müqəddəsdir, böyükdür dərdin,
Bir sınaq gözləyir səni çox gərgin,
Elinə, xalqına varsada eşqin,
Yolunuz açıqdır həmişə qızlar.

Ata evindəsən, qəmsiz-kədərsiz,
Bir günün keçməyir, bərsiz-bəzəksiz,
Məktəbə gedirsən həmişə həvəssiz,
Çantanız məktubsuz olmayır qızlar.

Gözlərin həmişə kədərli olur,
Qəlbini daima bir arzu qovur.
Elçi gözləməkdən bezib, yorulub,
Niyə elci olub gəzirsiz qızlar?

Yemək bişirməyi sevmirsiz, nədən?
Görmürəm aynadan, ola  bir keçən,
Nə çay verirsiniz, nə də var içən,
Çay-çörək də yaddan çıxıbdır qızlar.

Evdə ki vəzifən qab-qacaq yumaq,
Sökük pal-paltara vurmaqdır yamaq,
Polu yumamısan, qoymayıb yatmaq,
Ana hey danlayır, tənbəlsiz qızlar.

Sevmirsiz səhərlər tez oyanmağı,
Qaynana yaman sevir danlamağı,
Qaynata öyrədir ayaq yumağı,
Bax onda boşanıb qaçırsız qızlar.

Bəzən keçir yaşı,  ötür otuzu,
Bər-bəzək da gəlmir köməyə düzü,
Təki bir ər olsun, kor olsun gözü,
Allaha yalvarıb qalırsız qızlar.

Hələ sən məktəbdə sevdin birini,
Neçəsinin gördün burda üzünü,
Sevdirə bilmədin heç sən özünü,
Yüz ölçüb, bir biçin bir daha qızlar.


Yuxunu dənizə danış

Dünən mən yatanda bir yuxu gördüm,
Yuxuda at çapdım baba yurduma.
Atam dayanmışdı çay qırağında,
Yuxunu dənizə danış dedilər.

Yuxuda dağ gördüm zirvəsindəyəm,
Dağın zirvəsindən gül-çiçək dərrəm,
Kəndin qızlarına dedim verərəm,
Yuxunu ellərə danış dedilər.

Yuxuda dərddəyəm, oyan dedilər,
Dərdini daşlara danış dedilər.
Onlar dərdlərinə şərik olarlar,
Bizə yox dərdini onlara danış.

Dağa danışdım, dağ götürmədi,
Dağı sirkələdi dərdim yerindən,
Daşada danışdım daş götürmədi,
Bölündü dörd yerə hərarətimdən.

Dərdimi dənizə deyəsi oldum,
Dəniz diqqət ilə dinlədi məni.
Daş boyda, dağ boyda olan dərdimi,
Yudu ləpələrlə dərd qəhərimi.

Deməyin daşlara, dağlara danış,
Küsmüşəm o daşda,n o dağdanda mən.
Səslədim daşları həm də dağları,
Dərdimi onlarla bölə bilmədim.

Dənizi səslədim cavab tez gəldi,
Danışdım yuxumu dinlədi məni.
Dəniz su çilədi canıma mənim,
Aldı ahuşuna yuxularımı.

Dəniz ən yaxın sirdaşım oldu,
Qoşuıldu fərəhli anıma mənim.
Bəlkə də, dənizsiz partlardı bağrım,
Yuxumu dənizə danışmasaydım.

Neçə yol dərdimi həsrət didəndə,
Dənizlə görüşə can atıram mən.
Bir qələm, bir sirrim birdə dənizim,
Dənizə yuxumu danışıram mən.

Dənizim coşğundur, ləpələri şux,
Coşğun dənizimin vurğunuyam mən.
Yuxuda alışıb dənizdə sönmüş.
Yuxumu dənizə danışıram mən.

Gəlmişəm
(Dahi şairimiz Xəlil Rza Ulutürkə həsr edirəm)

Adınızı ocaq bilib gəlmişəm,
Vətənimin ağsaqqalı bilmişəm.
Ümüd yeri, dayaq yeri bilmişəm,
Ulu Türkün sorağına gəlmişəm.

Xalqımızın bel sütunu sizmisiz?
Əzəmətl,i Ulu Türkü yediniz.
Mərdi qovub, bu gün namərd etdiniz,
Ulu Türkün sorağına gəlmişəm.

Qurban verdi, bir zaman o özünü,
Hazır idi çıxartmağa gözünü.
Gizlətmədi, hər an dedi sözünü,
Ulu Türkün çırağına gəlmişəm.

Səksən səkkiz, harda galdı o illər?
Mitinqlərdə haray çəkən o dillər.
Millətimiz “Ulu Türk”ü deyirlər,
Peyğəmbərin ocağına gəlmişəm.

Siz bilirsiz kimlər damağda, kefdə,
Kimlər milyardları yedilər müftə.
Biz tapa bilmirik quru cörək də,
Ulu Türkün süfrəsinə gəlmişəm.

Analıq borcumu bilə- bilmirəm,
Axan göz yaşları silə bilmirəm.
Evdə-eşikdə mən gülə də bilmirəm,
Ümüdgaha tələb qoyub gəlmişəm.

Sözünü deyən yox, arxa duran yox,
Bilirsən, hər kəsin vallah qarnı tox.
Acından ölənlər hər gün mindən çox,
Elin oğlu, ocağına gəlmişəm.

Ulu Şəhriyarın ulu qəbrini,
Yad edə bilmirəm, deyəm dərdimi.
Bacım Firəngizə açım qəlbimi,
Ulu Türkün ocağına gəlmişəm.
Peyğəmbərin ocağına gəlmişəm.

20 yanvar

Əsdi qara yellər, bir qış axşamı,
Millət yasa batdı, töküldü qanı.
Rus tarixə saldı “20 yanvar”ı,
Allah, bu millətin nədir günahı?

Əsirlərlə qanımızı sordular,
İşğal edib, bizi hey qorxutdular.
İçimizdən bizə divan tutdular,
Allah, bu millətin nədir günahı?

Bizi azad burax, ey murdar köpək,
İndi yaralıyıq biz bir aslan tək.
Tülkü, qırğın salma, biz qan tökməyək,
Gözünü cək, bu millətdən ay alçaq!

Silahsıza sən silahı qaldırdın,
Nə qoçaya, nə körpəyə baxmadın.
Tankın altda salıb, qanın axıtdın,
Gözünü cək, bu millətdən ay alçaq!

Qanın da, canın da aldın millətin,
Millətin üstünə qoşun yeritdin.
Bizi qıranları, sən marşal etdin,
Gözünü cək, bu millətdən ay alçaq!

Bizi məcbur etdin, biz qardaş dedik,
Ən yaxşı yermizi, biz sənə verdik.
Halal zəhməti də sənə yedirtdik,
Gözünü çək, bu millətdən ay alçaq.

Analar, bacılar nalə çəkdilər,
Bu yanvar axşamı, qan yaş tökdülər.
Nahaqq qan tökənə, nifrət etdilər,
Allah, bu millətin nədir günahl?

Şirin arzuları puça çevirdin,
Təzə gəlini də, şəhid elədin.
Tankın altda salıb, izin itirdin,
Söylə, bu millətin nədir günahı?

Azərbaycan yasa batdı, bu axşam,
Sənə çörək verdik, qoy olsun haram.
Ürək qübar etdi, sızladı yaram,
Sən de, bu millətin nədir günahı?

Ey rus imperiyası belin qırıldı,
Zaman sənə layiqli bir dərs verdi.
Azərbaycan müstəqillik götürdü,
Gözünü çək, bu millətdən ay alçaq.


Qazi, şəhidlərin haqqı itməsin!..
(Bütün Qazi, şəhidlərimizə həsr edirəm )

Üç min şəhidinin qanına qurban,
O məzar daşından boylanıb baxan,
Vətən şəhidlərin qanına qurban,
Qazi, şəhidlərin haqqı itməsin!...

Balasın itirib məğrur dayanan,
Silib göz yaşını, meydan oxuyan,
Şəhid anasının ömrünə qurban,
Qazi, şəhidlərin haqqı itməsin!...

Şəhidlər veribdir vətən borcunu,
Qazilər itirib həyat yolunu,
Kimisi gözünü, kimi qolunu,
Qazi, şəhidlərin haqqı itməsin!...

Danışıb deyilər tarixlər boyu,
Kiminin qalmadı, kəsildi soyu,
Yarıda qalıbdır kiminin toyu,
Qazi, şəhidlərin haqqı itməsin!...

Qazilər gələndə qalxaq ayağa,
Tarixlər çəkibdir bizi sınağa,
Qalx, gedək hər il biz o məzarlığa,
Qazi, şəhidlərin haqqı itməsin!...

Zəhəri paketlə göndərək getsin,
O, namərd düşmənin sonun bitirsin,
Bir daha analar fəryad etməsin,
Qazi, şəhidlərin haqqı, itməsin!...

İncimişəm

Gileyliyəm mən hamıdan, hamı tək,
Niyə təksən sorur, könlümdə ürək?
Hər kəsin gözündə mən gördüm kələk,
İncitməyin, incimişəm mən axı!

Hamı sevə bilməz hamını vallah,
Bu qədər olarmı, heç onda günah?
Təkcə mən deyiləm, inciyən billah,
İncitməyin, incimişəm mən axı!

Bu dünya doludur günahla, neynim?
Dünyanın günahın mən kimə deyim?
Hamı gileylidir hamıdan, bilin,
İncitməyin, incimişəm mən axı!

Hamının günahın hamıya yazın,
Dünyanın günahın, hamıdan pozun,
Günahın nə çoxu, nə də ki, azın,
Heç kimə yazmayın, küsərəm axı!

Görəsən varmıdır, günahı görən?
Günahı işlədən, sonrada deyən,
Günahla bərabər doğuldu insan,
Günahdan danışma, küsərəm axı!

Günahına gəlin birinin baxaq,
Bizə də kənardan qoy baxsın o haqq!
Hamı günahkardır, amma ki, ancaq,
İncitməyin, incimişəm mən axı!

Kürsüdə dayanan haqdan danışır,
Onu tanıyanlar yanır, alışır,
Məhkəmədə bir bədbəxt də iş alır,
İncitməyin, incimişəm mən axı!

Dostum, ədalətdən, haqdan danışma,
Günahların sayılsa, yanma-alışma,
Sən gəl vəzifə ilə, pulla danışma,
İncitməyin, incimişəm mən axı

Qardaş
(Faciəli şəkildə vəfat etmiş  qardaşım
Novruzov Nizamiyə həsr edirəm)


Bir yaz havasıyla gəlmişdin qardaş,
İsti nəfəsinlə isitdin bizi.
Sən bacı boynuna sarıldın qardaş,
Yaman sevindirdi, gəlişin bizi.

Bacı qapısını qardaş açanda,
Yer-göy dilə gəlir, Allah, bu anda.
Qoru pis gözlərdən, ona baxanda,
Qardaş bir Allahdır, bacı yanında.

Nə tez qayıdırsan, mən sordum ondan?
Dedi:-Səni yuxumda gördüm bacı.
Evə tələsirəm, gəlirəm işdən,
Gəldim ki, hal-əhval mən tutum bacı.

Aradan keçmişdi, iki ya üç gün,
Bir bəd xəbər aldım ordan, o eldən.
Qardaşım qəzaya düşübmüş o gün,
Sən demə son dəfə ayrılmış məndən.

Allah, bu yanğını mən hara yazım?
Yer -göy dilə gəldi, gözüm tutuldu.
Qardaş məzarına siz məni salın,
Ay qardaş kor oldum, sözüm tutuldu.

Son dəfə tabutun önündə durdum,
Körpə balaları atasız qoydun,
O qoca atamın belin sındırdın,
Həyat yoldaşını kimə tapşırdın?

Anam qara bağlar başına, qardaş,
Başım dərdə düşər qardaşsız, qardaş.
Mən necə yaşaram sənsiz, ay qardaş?
Ahımdan, naləmdən, dağlar da ağlar,
Daha qapımızı açan yox, qardaş!..

Baba

Səhər açılmır ki, açılmır baba,
Ürək də yorulub, dözməyir daha.
Günahım nə idi, düşdüm bəlaya,
Açılmır səhərim, açılmır baba.

Bizim də bağçada gül-çiçək açar,
Sevincdən dostlarda gülər, əl çalar.
Bir ağac əkərəm o, çiçək açar,
Açılmır güllərim, açılmır baba.

Bir bəlaya düşdüm, uzanır ömrü,
Tükənir, qəlbimin tükənir sözü.
Körpə Kənanım da dikib gözünü,
Onunda ürəyi açılmır baba.

Açıl, ey dünyanın səadət yolu,
Qaytar keçmişimə sevinclə dolu.
Pisləri bu yoldan uzaq et barı,
Qoy açılsın səhər, açılsın baba.





Baxış sayı: 776


Bölməyə aid digər xəbərlər