22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Boliviyanın yeni seçilmiş prezidenti Rusiya ilə imzalanmış litium müqaviləsini öyrənmək niyyətindədir
Tarix: 20-10-2025 23:40 | Bölmə: Sosial

Boliviyanın yeni seçilmiş prezidenti Rodriqo Pas jurnalistlərə Rusiya ilə imzalanmış litium hasilatı müqaviləsini öyrənmək planlarını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Rusiya ilə müvafiq sazişə yenidən baxılmasının mümkünlüyünü şərh edib.
"İnanın mənə, nə sizin, nə də mənim litium müqavilələri haqqında məlumatımız yoxdur. Əgər bir ölkə özünü ciddi hesab edirsə, (o) bilmədiyi müqavilələri təsdiqləyə bilməz", - Pas-dan RİA Novosti sitat gətirib.
O əlavə edib ki, boliviyalılar bu cür müqavilələrlə bağlı şəffaflıq tələb edirlər.
Boliviyada litium karbonatın hasilatı və istehsalı üzrə sənaye kompleksinin tikintisinə dair çərçivə sazişi 2023-cü ilin yayında Rusiyanın Rosatom dövlət korporasiyasının beynəlxalq uran mədən holdinqi olan Uranium One Group ilə Boliviyanın dövlət litium şirkəti Yacimientos de Litio de Bolivia (YLB) arasında imzalanıb.
Bir il sonra Boliviya hökuməti Uranium One Group ilə ildə 14 min ton gücündə akkumulyatorlar üçün litium karbonat zavodunun tikintisinə dair müqavilə imzaladı. Hazırda müqavilə Boliviya parlamenti tərəfindən nəzərdən keçirilir.
Boliviyada keçirilən prezident seçkilərində mərkəzçi Rodriqo Pasın qələbəsi oktyabrın 20-də elan edilib.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər