Bütün xəbərlər
Tramp: "HƏMAS razılaşmanı pozarsa, bir neçə ölkə Qəzzaya qoşun yeritməyə hazırdır"
Tarix: 21-10-2025 17:43 | Bölmə: Manşet

ABŞ-ın Yaxın Şərqdəki bəzi müttəfiqləri Fələstinin Həmas hərəkatı İsraillə atəşkəs razılaşmasını pozarsa, Qəzza zolağına “əsas qüvvələr” göndərməyə hazır olduqlarını bildiriblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında məlumat verib.
Onun sözlərinə görə, Amerika müttəfiqləri Vaşinqtonun tələbinə cavab verməkdə “çox həvəslidirlər”.
“Yaxın Şərq və qonşu regionlardakı bir çox böyük müttəfiqlərimiz mənə bildirdilər ki, mənim xahişimlə onlar böyük qüvvələrlə Qəzzaya girməyə və pis davranmağa davam edərsə, “Həmas”la məşğul olmağa hazırdırlar”, - Tramp yazıb.
Eyni zamanda ABŞ prezidenti vurğulayıb ki, hələlik müttəfiqlərini vaxt ayırmağa və Fələstin hərəkatının əldə edilmiş razılaşmaları həyata keçirəcəyinə ümid bəsləməyə çağırıb. Trampın sözlərinə görə, HƏMAS “düzgün seçim etməsə”, onun “sonu zorakı və amansız olacaq”.
Oktyabrın 19-da İsrail ordusu HƏMAS-ın Qəzza zolağının cənubundakı Rəfah bölgəsində atəşkəsi pozduğunu açıqlayıb. İsrail əsgərlərinin cavab atəşinə səbəb olduğu iddia edilir. İsrailin baş naziri Benyamin Netanyahu hadisədə Fələstin hərəkatını günahlandırıb və hərbçilərə cavab verməyi əmr edib.
Oktyabrın 20-də Tramp bəyan edib ki, İsrail və HƏMAS arasında atəşkəs qüvvədə qalır.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər