Bütün xəbərlər
İkiqat adam öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib
Tarix: 20-10-2025 16:17 | Bölmə: Cəmiyyət

Moskva məhkəməsi 63 yaşlı yerli sakini ikiqat adam öldürmə və iki nəfəri öldürməyə cəhd ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtı prokurorluğu məlumat yayıb.
Cinayət işinin materiallarına əsasən, 2024-cü il iyunun 16-da Sergey Astaxov Butlerova küçəsində kirayədə qaldığı mənzildə qonşusunun boyun və döş qəfəsindən azı 17 bıçaq zərbəsi vurub. O, hadisə yerində dünyasını dəyişib.
Daha sonra şübhəli şəxs qurbanlarının tanışlarının olduğu yuxarıdakı mənzilə qalxaraq onlara hücum edib.
"O, daha üç qurbanın başına, boyuna və sinəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib", - prokurorluq Telegram kanalında bildirib.
Onlardan biri dünyasını dəyişib, digər ikisini isə həkimlər xilas edə bilib.
Qeyd olunur ki, həmin şəxsin əvvəllər də cinayəti olub. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər