Bütün xəbərlər
Məktəbli qıza qarşı cinsi istismarda ittiham olunan 56 yaşlı tramvay sürücüsü həbs edilib
Tarix: 20-10-2025 19:54 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqun Krasnoselski Rayon Məhkəməsi azyaşlıya qarşı nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 56 yaşlı tramvay sürücüsünün barəsində həbs qətimkan tədbiri seçib, bu barədə şəhərin birgə mətbuat xidmətinin Telegram kanalı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, kişi mesajlaşma proqramında 14 yaşından kiçik bir qızla əlaqə saxlayıb. O, uşağın ona pornoqrafik videolar göndərməsini də tələb edib.
Həmin şəxs saxlanılıb və ona qarşı ittiham irəli sürülüb”, - deyə, məlumatda bildirilir.
Təqsirləndirilən şəxs təqsirini tam etiraf edib. Onun barəsində 2025-ci il dekabrın 17-dək həbs qətimkan tədbiri seçilib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər