Bütün xəbərlər
Müştərisini güllələyən taksi sürücüsü həbs edilib
Tarix: 21-10-2025 17:40 | Bölmə: Digər

Yekaterinburqun Orconikidzevski rayon məhkəməsi müstəntiqlərin tələbi ilə götürməkdən imtina etdiyi müştəriyə bir neçə dəfə atəş açan taksi sürücüsünü həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, oktyabrın 18-də axşam saatlarında Partsyezda küçəsi 22-də yerləşən binanın yaxınlığında 46 yaşlı taksi sürücüsü götürmək istəmədiyi müştərinin sinəsinə azı 4 dəfə atəş açıb. Prokurorluqdan aydınlıq gətirilən şəxsə ağır bədən xəsarəti yetirilib.
Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
“Yekaterinburq şəhərinin Orconikidzevski rayon məhkəməsi təqsirləndirilən şəxsin barəsində iki ay müddətinə, 2025-ci il dekabrın 18-i daxil olmaqla, həbs qətimkan tədbiri seçilməsinə qərar verib”, - deyə, məlumatda bildirilir.
Prokurorluq əlavə edib ki, daha yumşaq həbs qətimkan tədbiri seçilsəydi, təqsirləndirilən şəxs istintaqdan və məhkəmədən yayınmağa, habelə sübutları ləğv etməyə cəhd edə bilərdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər