Bütün xəbərlər
Vitkoff: "Sülh müqavilələri yoluxucu oldu"
Tarix: 20-10-2025 16:46 | Bölmə: Manşet

Dünyadakı insanlar münaqişələri sülh yolu ilə həll etməyə daha çox hazırdırlar; sülh sazişlərinə doğru tendensiya geniş vüsət almışdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu CBS News telekanalında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
Vitkoff əlavə edib ki, Qəzza razılaşmasından sonra o, hazırda Ukrayna münaqişəsinin, eləcə də İran probleminin həllinə diqqət yetirib.
"Sülh hazırda yoluxucudur"- Vitkoff jurnalistlərə deyib.
Bundan əvvəl ABŞ, Türkiyə, Qətər və Misir liderləri Qəzza zolağında yekun atəşkəs sazişi imzalayıblar. Mərasimdə Böyük Britaniya, Almaniya, İndoneziya, İordaniya, İtaliya, Qətər, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Fransanın liderləri, baş nazirləri və xarici işlər nazirləri iştirak ediblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın sammitdə iştirak etməməsinə münasibət bildirib. Onun sözlərinə görə, ölkələrə dəvətlər Misir rəhbərliyi tərəfindən ABŞ-la razılaşdırılaraq göndərilib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər