Bütün xəbərlər
Keçmiş meşə təsərrüfatı naziri rüşvətxorluqda təqsirli bilinib
Tarix: 20-10-2025 17:05 | Bölmə: Karusel

Tuva məhkəməsi respublikanın keçmiş meşə təsərrüfatı və təbiətdən istifadə nazirini rüşvətxorluğa görə 11 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmənin müəyyən etdiyinə görə, 2021-ci ilin dekabrında məhkum respublikadakı bir muxtar qurumun işçilərindən 500 min rubl alıb. Pul ümumi himayə, sabit maliyyələşmə və pozuntulara görə işçilərin məsuliyyətə cəlb edilməməsi üçün nəzərdə tutulub.
Keçmiş nazir əvvəllər dəfələrlə eyni qurumun əməkdaşlarından vasitəçilər vasitəsilə ümumilikdə 1,3 milyon rubl məbləğində rüşvət alıb.
“Məhkəmə cinayəti törədən şəxsə 11 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində və 12,6 milyon rubl məbləğində cərimə kəsib”, - deyə, prokurorluq məlumat yayıb.
Məhkəmə məhkumun əmlakına da həbs qoyub.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər