19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
“Salam, Şuşa”-Ramiz QASIMOV
Tarix: 26-05-2021 20:17 | Bölmə: Ədəbiyyat

2020-ci ilin qələbə sevinci çox qəlblərin sevincini üzə çıxardı. Uzun illərin ümidsizıliyə qapılmış hisslərini eşiyə atdı. İnsanlar ürəkdən sevindilər, dərindən sevinc duydular. Hamının şəninə nəğmələr qoşacağına vəd etdiyi böyük Qələbə aktı sinələrdə birikmiş söz duyğularını vulkanik partlayışla çölə verdi. Əsl ədəbiyyat sinədən gəlməlidir ha! Qələbə sevinci ilə yazılmış ədəbiyyat da məhz bu səmimi insani duyğuları ictimai təzahürə çevirdi, ümumxalq məmnuniyyətini ifadə etdi. Yazılan qiymətli əsərlər isərisində şair Ramiz Babayevin də öz duzu var. Bir Azərbaycan vətəndaşı, xalqın bir nümayəndəsi, olub-keçənlərdən sevinən bir ziyalı, şair kimi o da öz qəlbindən keçənləri ifadə edib bir kitablıq əsərlər yazıb. Onun ərsəyə gətirdiyi növbəti kitabı “Salam, Şuşa” adlanır və inanıram ki, oxucuların ürəyincə olacaq. Çünki şair elə bil hamının qəlbindən süzülüb gələnləri ümumiləşdirib, hər kəsin ürəyindən xəbər verib. Burada milli mənsubiyyətlə qürur, ümummilli qələbə ilə sonsuz iftixar və sevinc hissləri başlıca yer alıb. Onun “Mən türkəm” şeiri məhz milli qürur, iftixar duyğuları ilə zəngindir. Xüsusilə də Azərbaycan-Türkiyə qardaşlığında türkün güc birliyi və qüdrətindən doğan iftixar, qürur hissləri adamın sinəsini qabardır:
Mən türkəm, eşitsin dünya səsimi,
Türkün intiqamı yamandan yaman.
Lərzəyə salacam yer kürəsini,
Mən türkəm, yeni bir tarix yazıram!
Kitabda “Mənim qalib komandanım”, “Ey Vətən, qələbə günün mübarək”, “Xoş gəldin, Şuşam”, “Sizi qovacağıq iti qovantək”, “Ağ atlı oğlan”, “Haydı, irəli, qardaş”, “Əsgər marşı”, “Əsgər məktubu”, “Şəhid anası”, “Ölməz şəhidlər” və digər şeirlər Vətənin bütövlük və birlik ideallarından irəli gələn duyğuları özündə ifadə edir. “Mənim qalib Komandanım” şeirində Azərbaycan xalqına uzaqgörənliyi ilə müzəffərlik, qalibiyyət bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Qələbə müjdəli Ali Baş Komandan İlham Əliyevə həsr olunub, ona olan ümumxalq sevgisi poetik ifadəsini tapıb. Şeirdə:
Vətənimin vuran qolu,
Uzaqgörən, məğrur, ulu!
Heydərimin İlham oğlu,
Mənim qalib Komandanım!
Tarix yazdı bu günlərə,
Hər gün döndü bir əsərə.
Örnək oldu nəsillərə
Mənim qalib Komandanım!
Şeirdə Ali Baş Komandan İlham Əliyevin “nəyi, nə vaxt, necə etmək lazımdır, mən bilirəm” müdrikliyindən doğan hisslər, habelə problemlər məngənəsinə salınmış bir xalqın oyanışı və düşmənlərini məğlub edərək güc birliyilə qələbə əldə etməsindən doğan iftixar, xalqla lider birliyi kimi məsələlər özünəməxsus ifadə tərzilə əks edilib. Bu hiss və duyğular “Ey Vətən, Qələbə Günün mübarək” şeirində də əks etdirilib:
Zəfərlə açılır hər gələn səhər,
Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər.
Ali Baş Komandan verəndə xəbər
Sevinir dağlarda bitən gül-çiçək,
Ey Vətən, Qələbə Günün mübarək!
Azərbaycan xalqı ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində xalqla dövlət birliyi göstərməkdən başqa həm də döyüş əzmi, döyüş qüdrəti nümayiş etdirdi. Hətta Azərbaycan əsgəri onun üçün müqəddəs yer olan, pir olan, ocaq olan Şuşanın azad olunmasında elə bir görünməmiş şücaət, əzm, döyüş qabiliyyəti nümayiş etdirdi ki, bu, heç bir zaman müharibələr tarixində baş verməmişdi: Azərbaycan Ordusu Şuşanı heç bir döyüş texnikasının iştirakı olmadan, sərt qayaları yalın əlləri ilə qalxaraq Şuşaya daxil olmaq və hər cür silahlanmış düşməni əlbəyaxa döyüşlə məhv edərək almağa qabil olmuşdu. Azərbaycan əsgərinin göstərdiyi bu şücaət dillərə dastan bir hadisə kimi uzun illər bəhs olunacaq. Məhz şair də bu kimi məsələləri öz misralarında ifadə etməyə çalışmaqla oxucusuna xatırlatmaq, ona yaşatmaq və qürur, iftixar duyğuları mənimsətmək istəyir. Elə “Xoş gəldin, Şuşam” şeirində də bu məsələlər dilə gətirilib, o qəhrəmanlıq və şücaətə söz qoşulub:
Ruhuma, canıma xoş gəldin, Şuşam,
İllərin həsrəti qaldı arxada.
Min dəfə şəninə qurban olmuşam,
Sənsiz sığınmışam quru bir ada.
Bayrağın mübarək, yolun mübarək,
Azan sədasıyla oyanan şəhər.
Sıldırım qayadan hücum çəkərək
Səni xilas etdi qəhrəman əsgər.
Şair son dövrlər Ali Baş Komandan İlham Əliyevin dilindən populyarlaşan idiomatik ifadələri də şeirlərinə gətirib, o maraqlı ifadələrə şeir qoşub. Bu ifadələrin arasında cənab Prezidentin ermənilərə müraciətlə dediyi “sizi iti qovantək qovuruq” ifadəsi daha məşhurdur. Şair Ramiz Babayev də bu idiomatik ifadəyə şeir həsr edib və Ali Baş Komandanı dilindən deyilən ifadəni ümumxalq müraciətinə çevirib. Şeirin içərisində şair həmçinin Ali Baş Komandanın dilindən yayılan və dillərdə əzbər olan digər idiomatik ifadələrə də yer verib:
Səksəkə içində axşam, səhərin,
Bizə şərt qoyurdun, hanı şərtlərin?
Bu gün çaş qalıbdır tülkü gözlərin.
İllərin arzusu olubdur gerçək,
Sizi qovacağıq iti qovantək!
Şair Ramiz Babayevin oxucuları ilə növbəti görüşü olan bu yeni kitabında Azərbaycanın Zəfər tarixini canları və qanları ilə yazan şücaətli, qəhrəman əsgərlərə də həsr olunan şeirlər yer alıb. Bu şeirlərdə onların şücaəti, rəşadəti, hünəri böyük şövqlə əks edilib. “Ağ atlı oğlan” şeiri Müzəffər Azərbaycan Ordusunun qəhrəman zabiti, general Polad Həşimova həsr edilib. Əsərdə Azərbaycan əsgərlərinin xilaskarlıq missiyası onun simasında ümumiləşdirilərək şənlərinə nəğmə qoşulub, qəhrəmanlıqları öygü yerinə çevrilib. Şeirdə Azərbaycan əsgəri böyük sevinc və qələbə gətirən ümid yeri olaraq ümumiləşdirilib. Bu notlar şairin “Haydı, irəli, qardaş”, “Əsgər marşı”, “Əsgər məktubu”, “Ölməz şəhidlər” kimi şeirlərdə də yer alıb. “Ağ atlı oğlan” şeirindəki bu bənd də yorulmuş, ümid yolu gözləyən xalqın əhvalı və duyğularını çox mükəmməlliklə ümumiləşdirir:
Gümanlar gümana söykənib qalıb,
Arxalı köpəklər yurdumu alıb.
Qaçqınlar, köçkünlər bezib, qocalıb,
Bəs harda qalmısan, ağ atlı oğlan?!
Və yaxud “Haydı, irəli, qardaş” şeirində:
Hər arzu-niyyətimiz doğma vətənlə təndi,
Şəhidlər ölmədilər, gül-çiçəyə bələndi.
Vətən – uğrunda ölən varsa, vətəndi!
Mən də o gün olaram sizinlə bir silahdaş,
Daha səbr qalmayıb, haydı, irəli qardaş!
Şairin “Əsgər məktubu” şeiri də öz ruhu, orijinallığı ilə diqqəti çəkir. Şair “Şəhid anası”, “Ölməz şəhidlər” kimi şeirlərində də şəhidlərə və şəhidliyə öygü nəğməsi qoşub. Bu şeirlərdə matəmlə qürur, kədərlə iftixar bir-birilə canbir olub.
Vətən sevgisi və vətənə öygü şair Ramiz Babayevin şeirləri üçün xarakterikdir, hətta başlıca xüsusiyyətdir. Bu kitaba toplanmış əsərlərdə də bu rüh özünü açıq-aydın göstərməkdədir. Şair Ramiz Babayevin Vətən anlayışında Naxçıvan da, Şuşa da, Qarabağ da – hamısı doğma Vətəndir, sevginin, məhəbbətin, inamın, imanın qibləsidir. Əgər şair Şuşaya şeir yazırsa, Vətən məhəbbətini ümumiləşdirir. Qarabağı gözəlliyi, mədəniyyəti ilə öyürsə, bütöv Vətənə öygü deyir. Şair Ramiz Babayevin Naxçıvana həsr etdiyi, məhəbbət, sevgi, öygü ifadə etdiyi əsərlərində də məhz Azərbaycan sevgisi özünü təzahür etdirib.
Ramiz Babayevin yeni kitabına daxil olan şeirlər içərisində məzmununda yurd həsrəti, el-oba məhəbbəti olan əsərlər də az deyil. Torpağa bağlılıq, yurd məhəbbəti onun əsərlərinin əsas qayəsini, başlıca xüsusiyyətlərini kəsb edir. “Nənəmə bir ovuc torpaq borcluyam”, “Məni o yerlərə qaytar, ay Allah”, “Dağlar”, “Qədrini bilsən”, “Öldürəcək məni” kimi şeirlərində məhz bu motivlər ön planda dayanıb. “Nənəmə bir ovuc torpaq borcluyam” şeirində yurd həsrəti və bağlılığı özünün daha poetik sanballa göstərir:
Nənəmə bir ovuc torpaq borcluyam,
Tez-tez yuxularda istəyir onu.
Öləndə gözləri üzümdə qaldı,
Nakam arzusunun yetişdi sonu.
Və yaxud “Məni o yerlərə qaytar, ay Allah” şeirində doğma yerlərə həsrət özünün ən mükəmməl poetik ümumiləşməsini tapıb:
Çuxur, bağ yolunda itib izlərim,
Dik daşın üstündə qalıb gözlərim.
Talanıb, dağılıb kəndim, şəhərim,
Məni o yerlərə qaytar, ay Allah.

Beləliklə, Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi olan şair Ramiz Babayevin yenicə çapdan çıxan və oxuculara ərməğan edilən “Salam, Şuşa” adlı növbəti kitabında oxucular Vətən həsrəti ilə sevinc dolu vüsalı, kədərlə qüruru hiss edəcəklər. Müzəffər Azərbaycan Ordusunun bəxş etdiyi qələbə müjdəsindən sonra ürəklərdə yanan ümid, aşıb-daşan yaşamaq həvəsi, qurub-yaratmaq eşqi bu əsərlərin əsas məğzini, mənasını təşkil edir. Qələbənin gətridiyi sevinc, qürur, vüqar, fəxarət və s. hər bir şeirin qəlbindən tökülür, düşmənə göz dağı verir, onun miskin vəziyyətini ibrət olaraq göstərir. Bəli, şair Ramiz Babayevin şeirlərində, bu yeni kitabında yeni bir ruh hakimdir. Ən əsası, böyük türkün güclü birliyi, milli qüruru, bütövləşən vətənin vüqarı və özünü bəxtəvər hiss edən vətəndaşlıq duyğuları başlıca yer alıb.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 2 539
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR