Bütün xəbərlər
İsrail Hizbullahın artilleriya komandirini öldürüb
Tarix: 10-07-2025 22:32 | Bölmə: Karusel

İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullah artilleriya komandiri Məhəmməd Camal Muradın məhv edildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  İsrail ordusu komandirin İsrailə çoxsaylı raket hücumlarına görə məsuliyyət daşıdığını bildirib.
“IDF qüvvələri Livanın cənubundakı Əl-Mənsuri bölgəsində Hizbullahın artilleriya komandiri Məhəmməd Camal Muradı vuraraq öldürüb”, - deyə, İsrail Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.
İDF-nin məlumatına görə, Murad son aylarda Hizbullahın artilleriya imkanlarını bərpa etmək üçün çalışırdı. Bəyanatda onun fəaliyyətinin “İsrail dövləti üçün təhlükə yaratdığı” qeyd edilib.
İyunun sonunda İDF Livanda Hizbullahın tank əleyhinə raketlərinin quraşdırılmasına cavabdeh olan Həsən Məhəmməd Hamudinin məhv edildiyini elan etdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər