Bütün xəbərlər
Hamilə xəstə doğum evinə gedərkən feldşerə hücum edib
Tarix: 09-07-2025 17:37 | Bölmə: Digər

Nijni Novqorodun Sormovski rayonunda hamilə qadın doğum evinə gedən yolda təcili yardım işçisinə hücum edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın feldşerin üzünə və başına zərbələr endirib.
Maşında gedən dava xəstəyə kifayət etməyib və o, doğum evində 37 yaşlı təcili yardım işçisinə hücumunu davam etdirib. Bu barədə regional Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.
Zərərçəkmişə ilkin olaraq üz nahiyəsində əzilmiş xəsarətlər diaqnozu qoyulub. Xəsarətlərin ağırlığı ilə bağlı tibbi rəy gözlənilir.
Dövlət Əmək Müfəttişliyi hadisənin bütün hallarını aydınlaşdıracaq.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər