Bütün xəbərlər
Məşhur cərrah professor vəfat edib
Tarix: 10-07-2025 22:37 | Bölmə: Sosial

Ömrünün 40 ilindən çoxunu tibbə həsr etmiş 69 yaşlı cərrah, tibb elmləri doktoru, professor Aleksey Tarasov Çelyabinskdə dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "74.ru" vilayət Səhiyyə Nazirliyinə istinadən həkimin ölümünü xəbər verir.
Həkimlər sülaləsinin nümayəndəsi Aleksey Tarasov Riqa Dövlət Tibb İnstitutunu bitirmiş və 1980-ci ildən Çelyabinsk vilayətinin tibb müəssisələrində çalışmışdır.
Xüsusən də şəhər təcili xəstəxanasının təcili yardım şöbəsində cərrah olub. Daha sonra endoskopik cərrahiyyə şöbəsinə rəhbərlik edib. 145 elmi məqalənin və beş ixtiranın müəllifidir.
Aleksey Tarasovla vida mərasimi iyulun 12-də 1 saylı Şəhər Klinik Xəstəxanasında keçiriləcək.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər