Bütün xəbərlər
“Strana.ua” SBU polkovnikinin qətlində şübhəli bilinən şəxslərin axtarışda olan siyahısını göstərib
Tarix: 10-07-2025 21:13 | Bölmə: Karusel

Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin qətlində iki nəfər şübhəli bilinir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  axtarışda olanların siyahısını Ukraynanın “Strana.ua” nəşri dərc edib.
Nəşrin məlumatına görə, hərbçinin qətlində 34 yaşlı Quliyeva Nərmin və naməlum şəxs şübhəli bilinir.
"Polisin məlumatına görə, şübhəlilər silahlı və müqavimət göstərməyə hazır ola bilərlər. Axtarışda olanlar siyahısında aydın yazılıb: saxlanılan zaman şəxsi təhlükəsizlik tədbirlərinə riayət edin", - nəşr yazır.
Qətl iyulun 10-da yerli vaxtla saat 9:00 radələrində törədilib. Ukrayna mediası Kiyevin Holosiivski rayonunda atışma səslərinin gəldiyini, ölən şəxsin adı çəkildiyini bildirib. Daha sonra SBU öz əməkdaşı polkovnik Voroniçin ölümünü rəsmən təsdiqləyib. Kişinin öldürülmə anı müşahidə kameralarına düşüb.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər