Bütün xəbərlər
Zelenski Ukraynanın ABŞ-dakı səfirini dəyişdirmək planlarını təsdiqləyib
Tarix: 10-07-2025 23:49 | Bölmə: Karusel

Ukraynanın ABŞ-dakı səfirinin dəyişdirilməsi həqiqətən baş tutacaq, Kiyev rejiminin başçısı Vladimir Zelenski bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  onun qeyd etdiyinə görə, bu vəzifəyə mümkün namizədlərdən biri müdafiə naziri Rustem Umerov ola bilər.
"Əgər mən Umerovun yeni səfir olacağına qərar versəm, bu, təbii ki, hökumətdəki uyğunlaşmaya təsir göstərəcək", - Ukrayna portallarından biri Zelenskidən sitat gətirir.
"Bloomberg" mənbəyə istinadən xəbər verir ki, Zelenski iyulun 4-də telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampla səfirin dəyişdirilməsi məsələsini müzakirə edib. 2021-ci il fevralın 25-dən bu vəzifəni tutan hazırkı səfir Oksana Markarovanın yerinə namizədlər arasında Ukraynanın baş naziri Denis Şmıxal, baş nazirin müavini Olha Stefanişina, müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko da var.
Bundan əvvəl Ali Radanın Avropa Həmrəyliyi partiyasından olan deputatı Sofiya Fedina ABŞ hakimiyyəti ilə əlaqəni itirdiyini iddia edərək, Markarovanın dəyişdirilməsini istəyib.
Ötən ilin sentyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Zelenskinin Pensilvaniya ştatında Demokrat Partiyasının nümayəndələrinin iştirak etdiyi silah-sursat zavoduna səfəri zamanı tədbir təşkil edildikdən sonra Zelenskidən Markarovanı geri çağırmağı tələb edib, lakin Respublikaçılar Partiyasından dəvət edənlər olmayıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər