Bütün xəbərlər
Hüquq-mühafizə orqanları daha bir futbol klubunu hakimlərə rüşvət verməkdə şübhəli bilir
Tarix: 09-07-2025 18:41 | Bölmə: Karusel


"Sport-Ekspress"  nəşri yazır ki, Rusiyanın daha bir futbol klubu və bir neçə hakim oyunların nəticələrinə qanunsuz təsir göstərməkdə şübhəli bilinir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyun ayında "Torpedo"nun həmsahibi Leonid Sobolev və bu klubun direktoru Valeri Skorodumov hakimə rüşvət verməyə cəhddə şübhəli bilinərək həbs ediliblər. Hazırda onlar istintaq təcridxanasındadırlar. Cinayət işində üçüncü təqsirləndirilən şəxs mühasib İrina Volkovadır.
Jurnalist İvan Karpov daha əvvəl Telegram kanalında bildirib ki, 9 rusiyalı futbol hakimi matçların nəticələrinə təsir göstərmək üçün rüşvət almaqda şübhəli bilinir. Onların arasında hakimlər Maksim Perezva və Boqdan Qolovko da var. Sonuncu bir gün əvvəl Birinci Liqanın həlledici matçı olan "Torpedo" - "KAMAZ" matçından sonra Qolovko iki dəfə "Torpedo"ya penalti təyin etmədiyi zaman hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qolovkonu 7 ilə qədər həbs gözləyir.
“Torpedo” – “KAMAZ” matçı 1:1 hesabı ilə başa çatıb. Məğlub olacağı təqdirdə moskvalılar Novorossiysk "Çernomorets"i ilə bərabər xala malik olacaqdılar, lakin şəxsi görüşlərə görə novorossiyskli futbolçular turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşacaqdılar. Odur ki, “Çernomorets” Rusiya Premyer Liqasına (RPL) birbaşa vəsiqə alacaq, “Torpedo” isə pley-off matçlarında iştirak etməli olacaqdı.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər