Bütün xəbərlər
Zelenski: "Almaniya Ukrayna üçün əlavə iki "Patriot" sistemi ödəməyə hazırdır
Tarix: 10-07-2025 21:54 | Bölmə: Manşet

Almaniya hökuməti Ukrayna üçün əlavə iki “Patriot” hava hücumundan müdafiə raket sistemi üçün ödəniş etməyə hazır olduğunu təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Kiyev rejiminin lideri Vladimir Zelenski məlumat verib.
O, Ukraynanın Yenidənqurulması üzrə URC 2025 Konfransı çərçivəsində Romaya səfər edib. Zelenski sammitdən sonra keçirilən brifinqdə silah tədarükü barədə danışıb.
Əvvəlcə Ukrayna onlar üçün döyüş sursatı olan 10 "Patriot" sistemi istəyib.
"Almaniya iki sistem üçün ödəniş etməyə hazır olduğunu bildirdi - mən onlarla müvafiq razılaşmalar əldə etdim. Norveç də bir sistemi maliyyələşdirməyə hazırdır - baş nazirlə ikitərəfli razılaşmalarımız var", - deyə, Zelenski izah edib.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini almağa və onları Ukraynaya tədarük etməyə hazır olduğunu bəyan edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər