Bütün xəbərlər
İtaliyanın xarici işlər naziri özünü tarixin ən şanssız naziri adlandırıb
Tarix: 09-07-2025 18:25 | Bölmə: Dünya

Milli parlamentin Deputatlar Palatasındakı tədbirə gecikən İtaliyanın xarici işlər naziri Antonio Tajani özünü tarixin ən uğursuz xarici işlər naziri adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tajani gecikdiyinə görə üzr istəyib və ağır beynəlxalq vəziyyətlə əlaqədar işin bolluğundan şikayətlənib.
"Mən tarixin ən şanssız xarici işlər naziriyəm. Hər zaman nəsə olur, iki müharibə, növbəti ticarət müharibəsi", - nazir deyib.
O, çətin gün keçirdiyindən də şikayətlənib.
Antonio Tajani 2022-ci ildən İtaliya Xarici İşlər Nazirliyinə rəhbərlik edir.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər