Bütün xəbərlər
Trampın Lavrov və Rubionun səsləndirdiyi fikirlərlə bağlı gəldiyi nəticə ABŞ-ın Ukrayna ilə bağlı addımlarını müəyyən edəcək
Tarix: 10-07-2025 23:39 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə səslənən yeni fikirlərlə bağlı nəticə çıxarmalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Dövlət Departamentinin bildirdiyinə görə, bu, Ukraynadakı vəziyyətin gələcəkdə nizamlanması üçün əsas olacaq.
Lavrov və Rubio Malayziyada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) təşkil etdiyi tədbirlər çərçivəsində görüşüblər.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlərə izah edib ki, dialoq zamanı Ukrayna münaqişəsi ilə bağlı yeni fikirlər səsləndirilib.
"Rusiya tərəfi onun (Rubionun) prezidentə deyəcəyi müəyyən ideyaları açıqladı. Və təbii ki, Trampın nə deyəcəyini tezliklə görəcəyik", - Brüs deyib.
Bundan əvvəl iyulun 10-da xəbər verilmişdi ki, Lavrov və Rubio təkcə Ukraynadakı münaqişənin həlli məsələlərini deyil, həm də Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər