23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi: "Tehranın nüvə sazişini imzalaması səhv idi"
Tarix: 20-08-2019 14:37 | Bölmə: Siyasət







"Müharibənin baş verməsi ABŞ və müttəfiqləri üçün qorxunc olacaq". 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ABŞ-ın NBC kanalına müsahibəsində deyib. 
ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni sanksiyalar tətbiqinə və İranın Birləşmiş Ştatların pilotsuz təyyarəsini vurmasına baxmayaraq, Ə.Şəmxani müharibə təhlükəsinin olmadığı qənaətindədir. Bununla belə, o bildirib ki, müharibə olarsa, bu ,ABŞ və müttəfiqləri üçün qorxunc olacaq. 
"Müharibə olarsa, İran asimmetrik müharibə növündən istifadə edəcəkmi" sualının cavabında Ə.Şəmxani deyib ki, İranın müxtəlif müharibə üsulları mövcududr. Onların arasında İranın müttəfiqlərinin reaksiyasını göstərmək olar.
Ə.Şəmxani həmçinin bildirib ki, rəsmi Tehranın nüvə proqramı üzrə sazişi imzalaması səhv idi: “Ölkədə bəzi insanlar hələ də belə düşünürlər. Mən İran xalqının fikri ilə razıyam”.
Onun sözlərinə görə, ABŞ-la hərbi münaqişə olacağı təqdirdə İranın "əlinin altında bir çox aləti var".
Müsahibənin tam mətni açıqlanmayıb.


Baxış sayı: 541


Bölməyə aid digər xəbərlər