Bütün xəbərlər
Prezident kürsüsü Trampı 5 milyard dollar ziyana saldı: “Tüpürüm o pula...”
Tarix: 15-08-2019 00:20 | Bölmə: Siyasət


ABŞ prezidenti Donald Tramp 3 ilə yaxın davam edən prezidentliyi dönəmində 5 milyard dollara qədər şəxsi sərvətini itirdiyini deyib.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, buna qədər “Forbes” jurnalı onun sərvətinin 3,1 milyard dollar olduğunu yazırdı.
“Çox güman ki, prezident postunda qaldığım müddətdə 3-5 milyard dollar ziyana düşmüşəm. Amma tüpürüm o pula, mənim vecimə də deyil. Əgər siz varlısınızsa, bunun önəmi yoxdur. Mən sadəcə, öz işimi görmək istəyirəm”-deyə Tramp Pistburq şəhərində “Shell” şirkətinin neft-kimya müəssisəsində çıxışı zamanı deyib.
Tramp pul itkilərinin biznes fəaliyyətindən imtina etməsi və tez-tez məhkəməyə verilməsi ilə əlaqələndirib. O buna baxmayaraq, yeni müddətə prezident seçilmək niyyətini də açıqlayıb.
Yerli media isə Trampın sərvəti barədə dəqiq məlumatın yoxluğu fonunda onun 5 milyard dollat itirməsini inandırıcı saymayıb.


Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər