Bütün xəbərlər
Beynəlxalq Münasibtələrin Təhlili Mərkəzi hədəflərini AÇIQLADI
Tarix: 02-08-2019 13:45 | Bölmə: Siyasət
              

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni loqosunu təqdim edib. İlk mətbuat konfrasını keçirən Mərkəz “Air Center” loqosu ilə dünyada tanınmağı hədəfə alıb.
Qeyd edək ki, qurum Azərbaycan Respublikası Prezidentinin  6 fevral 2019-cu il tarixli 5252 nömrəli Fərmanı ilə yaradılıb. Mərkəz  dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir.
Modern.az xəbər verir ki, mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev öz nitqində  bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsi sahəsində araşdırmalar uğurlu deyil.
“Çox təəssüf ki, bizdə bəzi alimlər komanda şəklində işləmir. Əgər birlik olsa, münaqişənin  araşdırılması sahəsində xeyli uğurlu işlər görmək, beynəlxalq mətbuatı məlumatlandırmaq olar”.
Fərid Şəfiyev jurnalistlərin mütəxəssis qıtlığından əziyyət çəkməsinə də toxunub.
“Hazırda mətbuat nümayəndələri  hadisə baş verəcəyi təqdirdə ekspert tapıb açıqlama almaqda əziyyət çəkir. Biz nəzərdə tutmuşuq ki, media üçün açıqlama verə biləcək müxtəlif sahələr üzrə politoqları mərkəz ətrafında toplayaq”.
Vurğulayaq ki, qurumun büdcəsi 15 iyul Nazirlər Kabineti tərəfindən təsdqilənib. Sosial şəbəkələr üzrə səhifələri isə bu gündən etibarən fəaliyyətə başlıyacaq.


Baxış sayı: 584


Bölməyə aid digər xəbərlər