Bütün xəbərlər
Kim Çen In Putinə qılınc hədiyyə etdi
Tarix: 25-04-2019 17:18 | Bölmə: Siyasət

                    

Şimali Koreya rəhbəri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Koreya qılıncı hədiyyə edib.
Trend-in məlumatına görə, iki ölkə rəhbəri arasında ilk danışıqlar başa çatıb.
Qılıncı təqdim edərkən, Kim Çen In bildirib ki, bu qılınc Koreya xalqının gücünü və ruhunu təcəssüm etdirir.
Qeyd edək ki, Kim Çen In ötən gün qatarla Rusiyanın Vladivostok şəhərinə səfər edib. İki ölkə rəhbəri arasında ilk görüş bu gün baş tutub. Təkbətək görüş iki saata yaxın davam edib.


Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər