Bütün xəbərlər
Səfir: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm tərəfdaşıdır"
Tarix: 23-04-2019 15:37 | Bölmə: Siyasət

                                   

"Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm tərəfdaşıdır".
"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.
"Bu gün münasibətlərimizdə iqtisadi əlaqələr çox vacib yer tutur. Belə ki, ötən il Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard avro təşkil edib. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün cəlbedici şərait var", - səfir qeyd edib.
Onun sözlərinə görə, Almaniya Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasını dəstəkləyir.


Baxış sayı: 535


Bölməyə aid digər xəbərlər