Bütün xəbərlər
İmamoğluna bələdiyyə sədri vəsiqəsi təqdim olundu
Tarix: 18-04-2019 00:00 | Bölmə: Siyasət

                   İmamoğluna bələdiyyə sədri vəsiqəsi təqdim olundu - Yenilənib


Cümhuriyyət Xalq Partiyasından (CHP) İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun seçkilərdə qalib gəldiyi təsdiqlənib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün İmamoğlu İstanbul Ədalət Sarayına gələrək bələdiyyə sədri seçildiyinə dair sənədi alıb.
Səsvermənin nəticələri təkrar araşdırıldıqdan sonra Əkrəm İmamoğlunun 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın isə 4 milyon 156 min 36 səs aldığı müəyyənləşib.


Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər