Bütün xəbərlər
Kerol Krofts "Brexit"dən sonra Böyük Britaniyanın Azərbaycanla münasibətləri barədə (ÖZƏL)
Tarix: 25-01-2019 18:56 | Bölmə: Siyasət

                           


Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) bu ölkənin Azərbaycanla ticari-iqtisadi münasibətlərinə təsir etməyəcək.
Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
O bildirib ki, iki ölkə arasında münasibətlər genişlənməkdə davam edir:
“Hazırda qeyri-neft sektorunun kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə iş aparılır”.
Səfir əlavə edib ki, aprel ayında ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. 4-5 aprel tarixində planlaşdırılan iclas zamanı əməkdaşlıq üzrə dəstək tələb olunan sektorlar müəyyən ediləcək.
Qeyd edək ki, Böyük Britaniya bu il martın 29-u Avropa İttifaqını tərk etməlidir.


Baxış sayı: 519


Bölməyə aid digər xəbərlər