Bütün xəbərlər
Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhv aradan qaldırıldı
Tarix: 19-02-2020 14:26 | Bölmə: Siyasət

                Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhv aradan qaldırıldı

Rusiyanın Tula Dövlət Silah Muzeyində yerləşdirilən Azərbaycanın təhrif edilmiş xəritəsi muzeydən yığışdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Moskvadakı səfirliyindən məlumat verilib.
“Bir sıra xəbər saytlarında Rusiya Federasiyasının Tula Dövlət Silah Muzeyində Azərbaycan Respublikasının təhrif edilmiş xəritəsinin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb. Səfirliyin məsələyə müdaxiləsindən və muzey rəhbərliyinə ölkəmizin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyinin izah edilməsindən dərhal sonra qarşı tərəf buraxılan səhvi operativ şəkildə aradan qaldırıb və bu barədə səfirliyə məlumat verib”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.


Baxış sayı: 448


Bölməyə aid digər xəbərlər