Bütün xəbərlər
"Könüllülük fəaliyyətində gənclərin rolu" mövzusunda debat keçirilib
Tarix: 10-12-2019 01:24 | Bölmə: Siyasət
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Gənclər Təşkilatının təşkilatçılığı ilə "Könüllülük fəaliyyətində gənclərin rolu" mövzusunda debat keçirilib. Debatın moderatoru qismində təşkilatın sədri Nərminə Quliyeva çıxış edərək gənclərə Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan, dövlət başçısı İlham Əliyevin bu sahədə siyasi kursundan və bu günkü gənclərin ictimai aktivliyindən danışdı. Daha sonra qonaq qismində dəvət olunan  Təhsil Nazirliyi ilə “ASAN Xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsinin əməkdaşı Tamerlan Qasımlı özünün könüllülük fəaliyyəti təcrübəsi haqqında məlumat verib. Debat gənclərin fəal müzakirəsi ilə davam edib.
Sabaha-inamla.AZ





Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər