Bütün xəbərlər
Nyu-York ştatında yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb
Tarix: 18-08-2019 03:09 | Bölmə: Karusel


                     Nyu-York ştatında yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb


ABŞ-ın Pokipsi şəhəri yaxınlığında (Nyu-York) içərisində üç nəfərin olduğu yüngülmühərrikli “Cessna 303” markalı təyyarə yaşayış binasına çırpılıb. 
APA yerli ABC telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Təyyarə ştatın cənub hissəsində yerləşən kiçik bir hava limanından havaya qalxıb. Pokipsi şəhəri yaxınlığında yerə enməli idi. 
Təyyarədəki insanların, habelə çırpıldığı evin sakinlərinin taleyi barədə hələ ki, məlumat verilməyib.
Hadisə ilə əlaqədar istintaq başlanıb.


Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər