Bütün xəbərlər
Sumqayıda Çeçenistan vətəndaşı qətlə yetirildi
Tarix: 14-08-2019 01:38 | Bölmə: Karusel
            

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Modern.az  xəbər verir ki, hadisə şəhərin sənaye zonasında “SOCAR Karbamid” zavodunun yaxınlığında baş verib.
Məlumata görə, 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.
B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.


Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər