Bütün xəbərlər
"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb
Tarix: 18-07-2019 23:29 | Bölmə: Karusel

                                   

"Neftçi" UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub. Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar", evdə daha böyükhesablı qələbəyə seviniblər - 6:0.
"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-cü dəqiqədə rəqib qapısına yol tapıb.
"Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.


Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər