Bütün xəbərlər
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
Tarix: 16-07-2019 02:44 | Bölmə: Karusel
                                    

"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq".
Modern.az xəbər verir ki,  Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.
Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz “feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.
M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.


Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər