Bütün xəbərlər
Qonaq gəldiyi evin sahibini öldürdü
Tarix: 07-06-2019 17:18 | Bölmə: Karusel


İyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Cinayətkar hadisə yerini tərk edib, ev sahibi isə hadisə yerində ölüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.
C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.


Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər