Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb
Tarix: 07-06-2019 13:45 | Bölmə: Karusel

                    

Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.


Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər