Bütün xəbərlər
Nazirin işdən çıxardığı direktor xəstəxanaya yerləşdirildi
Tarix: 16-01-2020 18:22 | Bölmə: Cəmiyyət
       Nazirin işdən çıxardığı direktor xəstəxanaya yerləşdirildi
Diplomu saxta olduğu üçün Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə işdən çıxarılan Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova xəstəxanaya yerləşdirilib.
Bu barədə unikal.org-a X.Əzizovanın özü məlumat verib. O, bildirib ki, başında problem yaranıb:
"Başımı hiss etmirəm. Ona görə də Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirildim. Həkimlərin müayinəsindən sonra məlum oldu ki,  beyinimdə qan dövranı çatışmazlığı var. Burada müalicəm bir nəticə verməsə, başqa xəstəxanaya müraciət etməyi düşünürəm".
Keçmiş məktəb direktoru diplomunun saxta olması ilə bağlı məsələyə də münasibət bildirib:
"Bu məlumatı yayan hansı itdirsə, məndən əl çəkmir. Gördüm belə məlumatlar yayılır, qarşısını ala bilmirəm, əlacsız qalıb, ərizə yazıb, işdən çıxdım. Mən 11 ildir ki, direktor, 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Kirovabad Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirmişəm".


Baxış sayı: 546


Bölməyə aid digər xəbərlər