Bütün xəbərlər
Məhkəmə futbolçu Promesin həbs müddətini uzadıb
Tarix: 08-07-2025 21:26 | Bölmə: Karusel


Amsterdam Apellyasiya Məhkəməsi "Spartak"ın keçmiş futbolçusu Quincy Promes-in həbs müddətini uzadıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müddətin uzadılmasına səbəb Promsun başqa ölkəyə qaçması riski olub. Hakim bildirib ki, futbolçunun həbsdən azad edilməsinə haqq qazandıran heç bir xüsusi hal müəyyən edilməyib.
İş qeyri-müəyyən müddətə təxirə salınıb - növbəti məhkəmə prosesi 2026-cı ildən tez olmayacaq.
Bundan əvvəl, iyulun 8-də məhkəmə iclasları mətbuat üçün açıq saxlamaq qərarına gəlib - media nümayəndələri məhkəmə zalında ola bilər, lakin çəkilişlər qadağandır.
Hollandiyada Promes-ə qarşı narkotik qaçaqmalçılığı və əmisi oğluna hücum etdiyi üçün cinayət işi açılıb. Birinci halda idmançı altı il, ikincidə isə bir il yarım müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hər iki qərardan Apellyasiya Məhkəməsində apellyasiya şikayəti verib. İyunun sonunda Promes BƏƏ-dən Hollandiyaya ekstradisiya edilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər