Bütün xəbərlər
Məhkəmə futbolçu Promesin həbsini uzadıb
Tarix: 08-07-2025 20:08 | Bölmə: Karusel



Amsterdam Apellyasiya Məhkəməsi "Spartak"ın keçmiş futbolçusu Quincy Promes-in həbs müddətini uzadıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  müddətin uzadılmasına səbəb Promsun başqa ölkəyə qaçması riski olub. Hakim bildirib ki, futbolçunun həbsdən azad edilməsinə haqq qazandıran heç bir xüsusi hal müəyyən edilməyib.
 İş qeyri-müəyyən müddətə təxirə salınıb - növbəti məhkəmə prosesi 2026-cı ildən əvvəl gözlənilmir.
 Bundan əvvəl, iyulun 8-də məhkəmə iclasları mətbuat üçün açıq saxlamaq qərarına gəlib - media nümayəndələri məhkəmə zalında ola bilər, lakin çəkilişlər qadağandır.
 Promes Hollandiyada narkotik qaçaqmalçılığı və əmisi oğluna hücuma görə cinayət işi ilə üzləşir. Birinci halda idmançı altı il, ikincidə isə bir il yarım müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hər iki qərardan Apellyasiya Məhkəməsinə şikayət verib. İyunun sonunda Promes BƏƏ-dən Hollandiyaya ekstradisiya edilib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər