Bütün xəbərlər
Yeniyetmə 10 yaşlı uşağı öldürməkdə şübhəli bilinir
Tarix: 22-06-2025 17:27 | Bölmə: Cəmiyyət

Kirov rayonunda yeniyetmə 10 yaşlı uşağı qətlə yetirməkdə şübhəli bilinir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının bölgə üzrə İstintaq Komitəsinin məlumatına görə, bıçaq xəsarətləri olan uşağın meyiti Prosnitsa stansiyasının yaxınlığındakı meşədə tapılıb.
Uşağın anası şənbə günü, iyunun 21-də oğlunun itkin düşməsi ilə bağlı polisə ərizə ilə müraciət edib. Meyiti əraziyə baxış keçirən kinoloq və xidməti it aşkar edib.
"Qətldə şübhəli bilinən Kirovo-Çepetsk rayonunun 14 yaşlı sakini saxlanılıb. O, hərəkətlərinin motivlərini izah edə bilməyib", - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional idarəsi Telegram kanalında bildirib.
Azyaşlının qətli ilə bağlı cinayət işi açılıb. Yeniyetmə barəsində ittiham irəli sürülməsi və qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir. İstintaq həbsdə israr etmək niyyətindədir.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər